Page 590 - alberto moravia_Макет 1
P. 590
Alberto Moravia
ucu uzun ucun altına soxub, pencәyi axıracan düymәlәdim.
Aynanın qabağından aralananda başım fırlandı – bu, yәqin,
özümә bu qәdәr diqqәtlә baxmağımın ucbatından oldu. Hәr
nәydisә, sәkinin qırağında dayanmış polisә toxundum.
– Yolunla düz yeri, – polis mәnә tәpindi, – olmaya keflisәn?
Az qaldım deyәm ki, “Bәli, acından keflәnmişәm”, intәhası,
başımı cәncәlә salmaq istәmәdim vә inamsız addımlarla
Panteon tәrәfә üz qoydum.
Ünvanı bilirdim, amma evi görәndә fikirlәşdim ki, deyәsәn,
sәhv gәlmişәm... Mәn dalanın axırındakı balaca qapının
ağzındaydım, mәndәn iki addım o tәrәfdә isә ağzınacan dolu
olan dörd-beş zibil qutusu vardı. Öküz qanı rәngdә tünd-
qırmızı lövhәnin üzәrindә yazılmışdı: “Trattoriya. Ev yemәklәri”.
Qırmızı rәnglә boyanmış vitrindә vur-tut bircә alma vardı.
Yox, zarafat elәmirәm: vur-tut bircә alma.
Artıq ağlıma bәzi fikirlәr gәlmişdi, buna görә dә içәri
girmәyә qәrar verdim. Otağa daxil olanda hәr şeyi başa düşdüm
vә aclıqdan başqa, bir anlıq çaşqınlıq da hiss etdim. Özümü
toparlayıb masanın arxasına keçdim. Boş, yarıqaranlıq otaqda
masaların sayı dörd, ya beş olardı. Piştaxtanın arxasında
asılmış çirkli çit pәrdә mәtbәxә açılan qapının üstünü örtürdü.
Yumruğumla masanı tıqqıldadıb ofisiantı sәslәdim:
– Ey, ofisiant!
Mәtbәxdә tәrpәniş oldu, yuxarı qalxan pәrdәnin arxasından
kiminsә sifәti görünüb, tez dә yoxa çıxdı... Mәn dostum
Romulu tanıdım. Bir-iki dәqiqә gözlәyib, masanı yenә
tıqqıldatdım. Bu dәfә o, pәrdәnin arxasından çıxıb tәlәsik
özünü yetirdi, tez dә әynindәki ağ rәngli biçimsiz vә çirkli
gödәkcәnin yaxasını düymәlәdi. “Nә buyuracaqsız?” deyib
590