Page 580 - alberto moravia_Макет 1
P. 580

Alberto Moravia


            O vaxtsa belә bir baxış, ya jestinә rast gәlәndә fikirlәşirdim:
            “Hәr halda, bu, elә-belә deyil... bir dә sınamaq lazımdır!”
                Amma birdәn xәbәr tuturam ki, bәs bu yalançı işvәkar
            Attilio ilә adaxlanıb, hә-hә, mәnin әn yaxın dostumla! Bu, az
            qala, mәni cin atına mindirdi, özü dә bir neçә sәbәbdәn:
            әvvәla, o sәbәbdәn ki, mәnә heç nә demәdәn bu qәlәti düz
            gözümün qarşısında qarışdırmışdı; ikincisi dә, axı onu Attilio
            ilә özüm tanış elәmişdim, necә deyәrlәr, şamı bilmәdәn özüm
            tutmuşdum.
                Amma mәn yaxşı dostam vә mәnimçün dostluq hәr şeydәn
            ucadır. Mariya-Rozanı sevsәm dә,  Attilio ilә nişanladığını
            eşitdiyim gündәn o artıq dostumunkuna  çevrildi vә mәnimçün
            müqәddәslәşdi. Özünә qalsa, mәni yenidәn qızışdırmağın,
            qıcıqlandırmağın әleyhinә olmazdı, ancaq mәn ona dolayısıyla
            başa saldım ki, buna hәvәsim yoxdur. Bir dәfә hәtta birbaşa
            üzünә dedim:
                – Sәn qadınsan, dostluğun nә olduğunu bilmәzsәn... Attilio
            ilә münasibәt qurduğunuz gündәn sәn artıq mәnimçün mövcud
            deyilsәn. Mәn sәni nә görürәm, nә dә eşidirәm... Başa düşdün?
                Guya mәnimlә razılaşdı, amma naz-qәmzәsindәn yenә
            qalmadığını görәndә qәrara gәldim ki, onunla heç görüşmәyim,
            sözümün üstündә dә durdum. Sonradan öyrәndim ki, Attilio
            ilә evlәniblәr, özlәri dә Mariya-Rozanın dayә işlәyәn bacısıyla
            bir yerdә yaşayırlar. Onu da öyrәndim ki, hәftәnin yeddi
            gününü bekar gәzәn Attilio indi hansısa nәqliyyat kontorunda
            yükdaşıyan işinә düzәlib. Mariya-Roza isә hәlә dә paltar
            ütülәmәklә mәşğul idi, amma indi günәmuzd. Bu xәbәrlәr
            mәni nisbәtәn sakitlәşdirsә dә, bilirdim ki, çәtin yaşayırlar vә
            ümumiyyәtlә, bu nikahdan yaxşı bir şey gözlәmәyә dәymәz.



             580
   575   576   577   578   579   580   581   582   583   584   585