Page 571 - alberto moravia_Макет 1
P. 571
MӘCBURİ XULİQAN
Mәn onu bıçaqla vurdum: özümdәn asılı olmadan, qeyri-
iradi. Belә demәk olar ki, onu vurmağım tәsadüfәn oldu. Cino
yayındı, mәnsә qorxudan özümü itirmiş halda evә qaçdım.
Mәni elә evdә hәbs elәdilәr. Amma bir neçә aydan sonra
hәbsxanadan çıxanda gördüm, hamı mәnә başqa gözlә, necә
deyәrlәr, heyranlıqla, iftixarla baxır. Xüsusәn dә Tibrli qayıqçı -
ların yığışdığı via San-Françesko a Ripa barında. Әvvәllәr
heç kәs mәnә fikir vermәzdi, indi isә, az qala, qabağımda
әriyib gedirdilәr. Cavan oğlanlar bilmirdilәr qılığıma nә cür
girsinlәr; mәni şәraba qonaq edirdilәr, әl çәkmirdilәr, istәyirdilәr
ki, hadisәnin necә baş verdiyini yerli-yataqlı danışım. Biri
sorşudu ki, Cinoya hәlә dә hirsliyәmmi, yoxsa hirsim soyuyub,
artıq onu bağışlamışam? O qәdәr dedilәr ki, axırda qoltuğum
qarpızlandı, heç nәyi vecinә almayan, istәnilәn vaxt istәnilәn
adamın ağız-burnunu әzişdirәcәk әsl xuliqan olduğuma özüm
dә sidq-ürәkdәn inandım. Vә tәzә bar dostlarım qulağıma
pıçıldayanda ki, bәs mәnim yoxluğumda Serafino Sestiliya ilә
curlaşıb, gördüm hamı maraqla gözünü üzümә dikib sanki
soruşur: “Bәs indi nә olacaq?” Çox da baş sındırmayıb dedim:
– Mәlum mәsәlәdir, pişik evdә olmayanda siçanların
bayramıdır. Amma indi mәn qayda yaradaram.
Vә yalnız bundan sonra mәnә çatdı ki, üzәrimә yerinә
yetirә bilmәyәcәyim bir öhdәlik götürmüşәm. Bәli, yerinә
yetirә bilmәyәcәyim öhdәlik. Mәn mәhz belә dedim. Niyәsini
izah edim. Әvvәla, Serafino boyca da, bәdәncә dә mәndәn
ikiqat üstün idi. Düzdür, elә dә ciyәrli oğlan deyildi – uzaqbaşı,
cındır çuvalı kimi nәsә sallaq bir şeyә oxşayırdı. Yanları çox
enli, çiyinlәri yastı idi, hamar arvad sifәtindә isә bircә tük dә
yoxdu. Bununla belә, sağlam, cantaraq oğlandı vә düzü, ondan
bir az çәkinirdim. İkincisi, mәn Sestiliyanın dәrdindәn çox da
571