Page 561 - alberto moravia_Макет 1
P. 561

Bəstəboy


          heç vaxt yuxarısı qatı toranlıqda itib-batmış bu nәhәng sütunların
          arasından siçovul kimi qaçıb uzaqlaşdığım hәmin axşamkı
          qәdәr cılız, balaca hiss etmәmişdim. Böyrümdәn ötәn taksilәrin
          arasından tәlәsik keçib, hirsdәn çatlayan  ürәklә taqәtsiz halda
          evә qayıtdım.
             Lakin bu dәfәki hoqqalarını onlara bağışlamadım: Marçellanı,
          hәqiqәtәn, çox sevirdim vә hiss edirdim ki, mәsәlәni әvvәlki
          kimi sülhlә yoluna qoymağı bacarmayacam. Çaxır dükanında
          daha görünmәdim; üstәlik dә, xәstәlәndim (yәqin ki, peşmançılıq
          vә mәyusluqdan) vә bir aydan artıq evdә oturub qaldım. Sonra
          bir aylığa kәndә getdim, növbәti ayı da dostlarsız vә içkisiz
          yola verdim; evdәn vә dükandan başqa, heç yerdә olmurdum.
          Arabir dostlardan gah buna, gah ona rast gәlirdim, amma elә
          uzaqdan salamlaşır, üzümü yana tutub aralanırdım. Yay belә
          keçdi.
             İyun axşamlarının birindә, bazar günü Korso küçәsindә
          gәzişirdim. Qәlәbәlik idi, camaat dәfn mәrasimindәki kimi
          ağır-ağır yeriyirdi. Kefim yoxdu, çünki tәk idim. Әlbәttә, çox
          istәyirdim, böyrümdә bir qadın olaydı; hәmin qadının Marçella
          olması isә lap ürәyimdәn xәbәr verәrdi. Qoldoni küçәsi ilә
          kәsişmәdә, işıqforun yanında tәzәcә ayaq saxlamışdım ki,
          birdәn düz qarşımdaca Marçellanı gördüm: o, hansısa kişiylә
          qol-qola gedirdi. Yox, başqası deyildi, mәhz Marçella idi –
          çünki ondan başqa, dünyada heç bir әzәmәtli qadın bәdәninin
          üzәrindә bu cür xırda baş ola bilmәzdi. Amma ilk dәfәydi ki,
          diqqәtimi Marçella özü yox, onunla yanaşı gedәn kişi çәkirdi.
          Hәrif çox balacaydı – cırtdan demәzdim, amma elә mәnim
          kimi balacaydı. Onlar da ayaq saxladılar vә danışa-danışa
          üzlәrini bir-birinә çevirdilәr: bir daha әmin oldum ki, qadın,
          hәqiqәtәn, Marçelladır. Enli sifәtindә qalın bığları olan yanındakı
          yekәbaş kişinin yaşı qırx olardı; Marçella hündür olduğu üçün
          kişi onun әlindәn yapışmışdı – kişi kimi yox, uşaq kimi
          yapışmışdı. Sonra camaata qarışıb gözdәn itdilәr. Bu dәfә
          nәsә ürәklәndim, bütün qış әrzindә çatışmayan, yoxa çıxmış


                                                              561
   556   557   558   559   560   561   562   563   564   565   566