Page 556 - alberto moravia_Макет 1
P. 556

Alberto Moravia


                Bununla belә, rastıma çıxan boy-buxunlu qadınların
            hamısına girişmәyә cürәt edirәm. Bәs nәticәsi? Nәticәsi heç
            nә. Heç nәdәn dә betәr – on qadından doqquzu nәinki mәnә
            biganә qalıb, üstәlik, әlә dә salıblar. Amma qadınlara min
            şükür, mәni әn çox dolayan dostlarımdır. Hә, aşkarca dolayıb
            lağa qoyurlar. “Lağa qoymaq” – yaxşı ifadәdir, bәzәn elә
            mәzәlәniblәr ki, xasiyyәti mәnimkitәk yumşaq olmayan istәnilәn
            başqası ömürlük inciyәrdi. Mәsәlәn, bir dәfә Viktor Emmanuil
            prospektindәki tütün dükanının sahibәsi ilә mәnim aramda
            bütöv bir yazışma düzәldib, başımı belә piylәmişdilәr ki, guya
            bir neçә mәktub yazmayınca qadının gözünә görsәnmәmәliyәm.
            Özlәri qadının adından mәktub quraşdırıb mәnә gәtirir,
            mәnimkilәri isә öz aralarında oxuyub gülüşürmüşlәr. Axırda
            sәbrim tükәnib qadınla danışmağa cürәt edәndә qadın mәnә
            dişinin dibindәn çıxanı dedi, söyüb qovdu.  Yumşaq desәk,
            yerinә düşmәyәn zarafat. Belә zarafatları ucaboy birisiylә
            etsәn, bıçaqsız ötüşmәz, ancaq onların fikrincә, biz bәstәboylar
            bunu xoş niyyәtin sübutu kimi dostyana qәbul etmәliyik. Buna
            görә, necә deyәrlәr, burnumu sallamadığımı, xәtrimә bir tikә
            dә toxunmadığını göstәrmәk üçün incikliyimi uddum, barışıq
            әlamәti olaraq hәtta onları vermuta da qonaq etdim. Amma o
            hadisәdәn sonra hәmişә ehtiyatlı davranırdım; mәnә guya
            meyli olan hansısa qadından danışanda saqqızımı oğurlatmır,
            yayındırıcı cavab verib başımdan elәyirdim. Neylәsәlәr, nә
            oyun çıxartsalar da, daha onlara etibarım yox idi, hәr sözlәrindә
            özümә qarşı tәlә görürdüm.
                Elә oldu ki, bu qış mәn gizlәdilmәsi mümkün olmayan
            güclü, xalis sevgi hiss etdim: “Balle” teatrının yaxınlığında
            bacısı vә yeznәsiylә birgә çaxır dükanı işlәdәn Marçella adlı
            qıza vuruldum. Bu ailәdә hamısı ucaboydur: pәhlәvan cüssәli
            dükan sahibi Teodoro vağzalda lap yükdaşıyan işlәyә bilәrdi;
            arvadı Elye gözәl vә cavan olmasa da, az qala, özündәn
            hündür idi. Uzun boynu, balaca başı olan heykәl kimi düz
            qamәtli Marçella isә xalis qızılgüldür. Bu ucaboy, bu әzәmәtli


             556
   551   552   553   554   555   556   557   558   559   560   561