Page 555 - alberto moravia_Макет 1
P. 555

BӘSTӘBOY


             Bәstәboy olmaq әcәb işmiş! Hamı sәni әlә salıb rişxәnd
          elәyir. Ucaboy kişilәr yalnız qamәtlәrinә görә yanımızda
          özlәrini ağıllı sayır, qadınlar isә uşaq yerinә qoyub, bizә ciddi
          yanaşmırlar. Mәsәl var ki, çaxırın yaxşısı balaca çәllәkdә
          saxlanır, iri çәllәyә isә pisini tökürlәr – lap vedrә ilә içsәn dә,
          keflәnmәzsәn. Düşünürәm ki, bu sözü hansısa bәstәboy
          uydurub, saysız tәhqirlәrin müqabilindә istәyib özünü mükafat -
          lan dırsın. Ucaboyların bu mәsәldәn heç xәbәrlәri dә yoxdur
          vә bizi әlә salmaq fürsәtini fövtә vermәzlәr.
             Mәnim bir bәdbәxtliyim dә var ki, özüm balaca olsam da,
          xoşladığım yalnız qamәtli, ucaboy qadınlardır. Hәyatıma tәzad
          qatmaq arzusudur bu, yoxsa başqalarının gözündә hörmәtә
          minmәk istәyi – bilmirәm. Ancaq özüm boyda olan qadınlar
          mәndә heç bir hiss oyatmır. Boyu yüz altmış beş santimetr
          olan ortaboy qadınlar da zövqümcә deyil. Yox ey, sәn mәnә
          elәsini nişan ver ki, boyu yüz sәksәndәn aşağı olmasın! Özü dә
          tәkcә boyla iş bitmir, xoşuma gәlir ki, qadın hәm dә әtli-canlı
          olsun – yәni yanları enli, döşlәri iri, çiyinlәri geniş, әllәri,
          ayaqları güclü, bәrk, möhkәm olsun. Fikir verin ki, burada
          mәsәlә heç dә estetikada deyil; mәsәlәn, hәrdәn kimlәrsә
          böyük maşına yox, kiçik maşına üstünlük verәndә buna
          müәyyәn әsasları, sәbәblәri olur. Cantaraq qadınlarsa mәnim
          sәbәbsiz-filansız xoşuma gәlir. Yәni hәdsiz dәrәcәdә xoşuma
          gәlir – bunun başqa adı yoxdur. Hәqiqәtәn dә, uzaqdan bir
          ucaboy, qamәtli qadın görәndә hәlә heç sifәtinә baxmamış
          ürәyim çırpınmağa başlayır, hiss edirәm ki, maqnit dәmiri
          çәkәn kimi, mәni özünә çәkir. Әlbәttә, hisslәrimi gizlәtmәyә
          qabil deyilәm, öz-özümә elә hey tәkrarlayıram: “Tәmkinli ol,
          özünü әlә al, yaddan çıxartma ki, sәn cılızın birisәn, qadınlar
          isә, xüsusәn dә xoşladığın bu tipli qadınlar sәni ciddi qәbul
          etmirlәr”.

                                                              555
   550   551   552   553   554   555   556   557   558   559   560