Page 552 - alberto moravia_Макет 1
P. 552
Alberto Moravia
başqa çarәm, heç bir ümid yerim yoxdur… Görünür, qismәtim
ölüncә iblislә ömür sürmәkdir.
Bilirdim ki, ayrılmağım mümkün deyil, çünki hәlә dә onu
sevirdim, elә Katerinanın da mәndәn başqa heç kәsi yox idi;
amma eyni zamanda hiss edirdim ki, birgә yaşamağa davam
elәsәm, günüm qara olacaq.
Bu fikirlәrdәn ağırlaşıb daşa dönürdüm, az qalırdım özümü
çaya atım…
Bir gecә evә qayıdarkәn, necә oldusa, özüm dә bilmәdәn
çirkli pillәkәnlә Tibrin qırağına düşdüm, körpünün altında
xәlvәti yer tapıb pencәyimi çıxartdım, qatlayıb yerә qoydum,
sonra qaranlıqda bir-iki söz yazıb, kağızı pencәyin üstünә
atdım. Nә yazsam yaxşıdır: “Mәn arvadımın ucbatından özümә
qәsd edirәm”. Vә imza.
Bu, qışın әvvәlindә olmuşdu. Tibr elә coşmuşdu ki, ona
baxmaq belә qorxuluydu: qapqara çayın üzәrindә cürbәcür
zir-zibil üzür, sulardan adamı mağara soyuğu vururdu. Özümü
çaya atmaq istәyirdim, amma birdәn mәni dәhşәt bürüdü.
Onda acizliyimdәn ağladım. Ağlaya-ağlaya geri döndüm,
pillәkәni qalxıb evә cumdum. Birbaşa özümü yataq otağına
salıb, Katerinanın әlindәn yapışdım. Yatmışdı, yuxudan oyadıb
dedim:
– Dur gedәk mәnimlә.
Bu dәfә nәsә xoflandı, bir söz demәdәn kirimişcә durub
arxamca gәldi. Bәlkә, elә düşünmüşdü ki, onu öldürmәk
fikrinә düşmüşәm, çünki pillәkәndә әlimdәn qopmağa çalışdı.
Amma qaranlıq idi, әtrafda da kimsә yoxdu, onu zorla aşağı
enmәyә mәcbur etdim. Sahilә yollandıq: o, qabağıma düşüb
irәlidә gedir, mәnsә bu soyuqda әynimdәki köynәk-jiletlә
arxadan gәlirәm. Körpünün altına çatanda pencәyimi ona
göstәrib kağızı götürdüm, verdim ki, oxusun.
– Hә, – dedim, – gör mәni nә hәddә çatdırmısan… Katerina,
sәn axı niyә bu cür dәyişdin? Sәn necә yaxşı qız idin, indi isә
xalis iblisә çevrilmisәn… Niyә axı, niyә?
552