Page 549 - alberto moravia_Макет 1
P. 549

Katerina


          “Neylәmәk olar, – düşündüm, – daha burada heç nә elәyә
          bilmәzsәn, heç kәs dә günahkar deyil… görünür, qismәt
          belәdir”.
             Bir müddәt elә görünürdü ki, Katerina da vәziyyәtlә barışıb.
          Ancaq hәmişә istәdiyin kimi hәrәkәt elәmirsәn, sәn deyәn
          olmur – bәlkә, o, bununla barışmaq istәyirdi, amma bacarmırdı.
          Bax elә xasiyyәti dә hәmin vaxtdan dәyişmәyә başladı.
             Dәyişiklik әvvәlcә zahiri görkәmindә baş verdi. Bir vaxtlar
          mülayim olan baxışları yavaş-yavaş sәrtlәşdi, dodaqlarının
          kәnarı sallandı, ağzının qırağında bir cüt nazik, acıqlı qırış
          peyda oldu. Qabaqlar hәzin musiqini xatırladan sәsi codlaşdı.
          Bәlkә, özünü boğmağa çalışırdı, ancaq әksәr hallarda olduğu
          kimi, zahiri görkәmdә baş verәn dәyişikliklәr xarakterә dә
          sirayәt edib, özünü aşkarca büruzә vermәyә başladı. Axırda
          Katerinanın әvvәlki mәsumluğundan, ürkәkliyindәn, qanaca -
          ğın dan әsәr-әlamәt qalmadı. Sonra bunun üstünә qәrәz, kin-
          küdurәt, әdavәt, hirs dә әlavә olundu. Hәrdәn elә cavablar
          qaytarırdı ki, adamın lap nәfәsi kәsilirdi: “Heç vecimә dә
          deyil ki, sәnin bundan xoşun gәlir, ya gәlmir!”, “Açıl başımdan!”,
          “Dinc burax mәni!” vә sair.
             İlk vaxtlar köntöylüyünә hәrdәn özü dә tәәccüblәnirdi,
          amma sonra alışdı, özünә o dәrәcәdә sәrbәstlik verdi ki, az
          qala, daha başqa cür danışmırdı. Hәr xırda şeyә görә qapını
          çırpmaq onda artıq adәt halını almışdı. Evdә kәlmәbaşı tufan
          qopur, hirslә çırpılan qapının gurultusu eşidilirdi. Qapı hәr
          çırpılanda elә bil sifәtimә şillә vururdular. Qabaqlar mәni
          әrini sevәn istiqanlı qadınlarsayağı, ürәyә yağtәk yayılan әn
          xoş sözlәrlә dindirәrdi: әzizim, istәklim, canım-ciyәrim... İndi
          “can-ciyәr” nәdi, elә sözü heç dilә gәtirmәz! Eşitdiyim yalnız
          bu idi: axmaq, әfәl, qanmaz, bәzәn lap betәrlәri. Özü dә heç
          bir irada dözmürdü; olurdu ki, ağzımı açmağa macal tapmamış,
          mәni gicbәsәr adlandırsın:
             – Yum ağzını, gicbәsәr, sәnin qandığın şey yoxdur.


                                                              549
   544   545   546   547   548   549   550   551   552   553   554