Page 548 - alberto moravia_Макет 1
P. 548

Alberto Moravia


                Bunu, hәqiqәtәn, ürәyimdәn keçirirdim, hәrdәn istәyirdim
            ki, nәsә bir qaba hәrәkәt elәsin, kimisә acılasın.
                Toyumuzdan sonra elә anamın Çinkuyu döngәsindәki
            evindәcә yerlәşdik.  Yuxarıda bir neçә boş mansarda vardı.
            Anam bizim altımızdakı mәnzildә qalırdı, birinci qatda isә
            çörәk vә makaron mәmulatları dükanımız idi. Qısası, hamımız
            bir evdә yaşayır, bir yerdә işlәyirdik.
                İlk iki il әrzindә Katerina eynәn tanış olduğumuz vaxtlardakı
            kimi utancaq idi, ürkәkliyi nәinki keçib getmiş, hәlә, bәlkә,
            daha da artmışdı, çünki mәni ürәkdәn sevirdi vә onunla
            evlәndiyim üçün, üstәlik, ona ev verdiyimә, qayğı göstәrdiyimә,
            daha yaxşı şәrait yaratdığıma görә mәnә minnәtdar idi. Özü
            dә tәk mәnә qarşı nәzakәtli deyildi, anamla da çox mehriban
            dolanır, hәtta tәk qalanda, onu heç kәs görmәyәndә belә,
            abrını qorumaqdan qalmırdı. Hәrdәn mağazadan günortaya
            yaxın qayıdırdım, ayağımın ucundaca birbaşa mәtbәxә keçirdim
            ki, pilәtә ilә masa arasında necә gәzişdiyinә tamaşa elәyim.
            Onun darısqal mәtbәxdә tәlәsmәdәn, yumşaq yerişlә, xırda
            addımlarla necә hәrәkәt etdiyinә xәlvәti göz qoymaq, ah-uf
            elәmәdәn, haray-hәşir salmadan kirimişcә biş-düş hazırlamasına
            baxmaq çox xoşuma gәlirdi. Sanki mәtbәxdә pilәtә arxasında
            deyil, kilsәdә mehrabın qarşısında dayanmışdı. Onda pusqudan
            qәfil çıxıb arxadan onu qucaqlayır, o isә mәni öpüb xәfifcә
            gülümsәyir, öz zәrif, incik sәsiylә deyirdi:
                – Mәni yamanca çaşdırdın!
                Toyumuzdan iki il sonra bәlli oldu ki, Katerinanın uşaq
            doğması mümkün deyil. İndi mәn bunu birbaşa deyirәm,
            amma bu nәticәyә gәlmәyimiz elә dә tez olmamışdı. Biz uşaq
            istәyirdik, uşaq isә alınmırdı ki, alınmırdı. Әvvәlcә mәsәlәni
            ailә daxilindә xeyli danışıb çözәlәdik, sonra özümüzdә cәsarәt
            tapıb hәkimә yollandıq – birinә, ikisinә, üçünә. Katerina
            müalicә kursu keçdi. Kurs çox baha idi, ancaq axırda bütün
            bunların faydasızlığı, heç bir sәmәrә vermәyәcәyi bәlli oldu.


             548
   543   544   545   546   547   548   549   550   551   552   553