Page 544 - alberto moravia_Макет 1
P. 544

Alberto Moravia


            dim, nә qәdәr sıxışdırıldığımı, incidildiyimi yada saldım.
            Gözlәrim yaşla doldu, özümә әmәlli-başlı yazığım gәldi!
            Әvvәl öz halıma acıdım, sonra başqalarına. Mәn necә dә
            bәdbәxt idim, xalis bәdbәxt. Günahsız günahkar idim vә
            mәnim kimi neçәlәri vardı. Qulyelmo da bәdbәxt idi, Cici dә,
            atam da, qardaşım da, bacım da, anam da. Hamısı bәdbәxt idi.
            İndi Qulyelmo gözümә tәzә rәngdә görünürdü, mәn ona başqa
            nәzәrlә baxırdım. Axırda yavaş-yavaş o qәnaәtә gәldim ki,
            deyәsәn, Cici haqlıdır: hәqiqәtәn, mәrhәmәtli olmalı vә
            bağışlamalıyam. Bu fikir mәni öz gözümdә daha da yazıqlaşdırdı,
            özümә әvvәlkindәn ikiqat çox acıdım. Amma bu fikrin ağlıma
            gәlmәsindәn razı idim, sanki içim rahatlaşmışdı: bağışlamağın
            qisasdan әfzәl olduğunu çoxdan bilsәm dә, ürәyim demәyincә
            bunu bacarmazdım. Ancaq qorxurdum, içimdә qәfil doğmuş
            bu nәcib istәk tez ötüb keçәr, odur ki, ikinci şüşә boşalan kimi
            Cicini yanıma çağırıb dedim:
                – Bilirsәn nә var, mәn hamısını yaxşı-yaxşı düşünüb-
            daşındım. Görürәm ki, haqlısan, sәn deyәn düzdür. Әgәr
            istәyirsәnsә, mәn hazıram, gedәk onun yanına.
                – Bax gördünmü?! – Cici sevincindәn bilmәdi neylәsin. –
            Mәn bilirәm axı: beyni bir az işlәdәndә, üstәlik, yaxşı çaxırdan
            ürәk dil açıb danışır, hәr şey dә yoluna düşür.
                Heç nә demәdim, amma birdәn-birә üzümü әllәrimlә
            qapayıb ağlamağa başladım: özümü yenә Portolonqonedә, ka-
            torqa paltarında gördüm. Gördüm yenә hәbsxana emalatxana -
            sında tabut üçün taxta yonuram. Hәbsxanada hamı işlәyirdi,
            xarratlara isә işin әn xoşagәlmәzi düşürdü – biz bütün Portofer-
            ayyonun, hәmçinin Elba adasındakı başqa kәndlәrin ölülәri
            üçün tabut düzәldirdik.  Tabutu düzәldә-düzәldә hәmişә
            düşünürdüm ki, bir gün özüm dә onlardan birinin içinә
            uzanacam vә indi bunu yada salıb ağlayırdım. Cici isә çiynimә
            vura-vura deyirdi:
                – Di yaxşı, Rodolfo, bәsdi görәk. Heç nәyi yada salmaq
            lazım deyil, indi artıq hәr şey arxada qalıb.

             544
   539   540   541   542   543   544   545   546   547   548   549