Page 543 - alberto moravia_Макет 1
P. 543
Tezliklə görüşənədək
Stәkanı dodaqlarına aparsa da, içmәdi, gözünü üzümә
zillәyib durdu.
– Yaxşı, bәs sәn bu mәsәli bilirsәn? – soruşdum. – Qardaşın
qardaşa elәdiyini heç düşmәn dә bacarmaz.
Bu vaxt osteriyaya iki müştәri daxil oldu; Cici stәkanı
birnәfәsә boşaldıb, onların qulluğuna tәlәsdi; masa arxasında
tәk qaldım.
Dinmәzcә oturub çaxırdan bala-bala gillәdir, öz düşün cә -
lәrim lә әllәşirdim. Qulyelmonun qorxması mәni qәtiyyәn
rahatlaşdırmırdı, әksinә, fikirlәşәndә içimә od tökülürdü.
“Demәli, qorxur әclaf!” Bunu beynimdәn keçirәndә qalın
şüşәli stәkanı әlimdә elә sıxdım ki, elә bil әclafın boğazından
yapışmışdım. Sәn bunun yaramazlığına bax: öz yalan ifadәlәriylә
axırıma çıxması bәs deyil, indi dә Cicidәn umur, fikirlәşir ki,
Cici mәni dilә tutub barışdıracaq.
Belәcә, yarım litrin axırına çıxıb tәzәsini sifariş elәdim.
– Hә, kefin necәdir, düzәldin? – Cici çaxırı gәtirәndә
xәbәr aldı. – De görüm, mәn deyәnlәri fikirlәşdin?
– Kefim lap yaxşıdır, – dedim, – hәr şeyi dә fikirlәşmişәm.
Cici stәkanımı ağzınacan doldurdu.
– Qardaşım, belә işlәrdә tәlәsmәk olmaz. Hisslәrә sәrbәstlik
vermәk lazım deyil… Hәqiqәt sәnin tәrәfindәdir, bunu kim
danır ki? Bax elә buna görә dә gәrәk sәn özünü mәrhәmәtli
göstәrәsәn, haqlı olduğun üçün bağışlamağı bacarasan.
Özümü saxlaya bilmәyib ucadan, acı-acı dillәndim:
– Nolub belә? Qulyelmo sәni satın alıb, nәdir?
Cici sözümdәn qәti incimәdi, әksinә, tam sәmimiyyәtlә
bildirdi:
– Heç kim mәni satın almayıb, sadәcә mәn sizin hәr
ikinizin dostuyam, istәdiyim dә odur ki, barışasınız. Vәssalam.
Yenidәn içkiyә güc verdim. Bilmirәm, bәlkә, çaxırdan
oldu, amma fikirlәrim hәrlәnib Qulyelmodan özümә keçdi.
Bu iki ildә nәlәr baş verdiyini, çәkdiyim әzab-әziyyәti fikirlәş -
543