Page 538 - alberto moravia_Макет 1
P. 538
Alberto Moravia
qışqıra-qışqıra qaçıb otaqdan çıxdı ki, bәs әgәr mәn onlarla
yaşayası olsam, evdәn baş götürüb gedәcәk. O ki qaldı çox
danışmaqla qәti arası olmayan atama, tәkcә bunu yadıma
salmaqla kifayәtlәndi: xarrat emalatxanasındakı yerim boşdur,
әgәr meylim çәkirsә, lap elә günü bu gündәn işә başlaya
bilәrәm.
Hamı dağılışıb getdi, evdә anamla ikimiz qaldıq. Saçlarına
dәn düşmüş bәstәboy, çәlimsiz anam mәtbәxdә iş görürdü;
hәmişәki kimi öz nimdaş paltarında, xәstә ayaqlarına yekә
olan keçә çәkәlәklәrdә çanağın yanında dayanıb nahardan
sonrakı qab-qacağı yuyurdu. Mәni görcәk qabları yaxalaya-
yaxalaya uzun bir moizәyә başladı. Bunu xoş niyyәtlә, ürәyinin
istәyi ilә etsә dә, düzünü deyim ki, onun öyüd-nәsihәti
mәnimçün bacımın ciyiltili çığırtısından, atamla qardaşımın
bivecliyindәn daha betәr idi. Nә idi axı onun dediyi? Heç nә.
Adәtәn, belә hallarda bütün analar nә deyirsә, ondan. İntәhası,
bir mәsәlәni hesaba almırdı ki, bu işdә hәqiqәt mәnim
tәrәfimdәdir; adamı yaralamağım özünümüdafiә sәbәbindәn
olub vә әgәr Qulyelmonun yalan ifadәsi olmasaydı, bunu
mәhkәmә prosesindә sübuta yetirәcәkdim.
– Bax görürsәnmi, oğul, gör tәkәbbür sәnin başına nә
oyun açdı! Anana qulaq as, axı sәni әn çox sevәn mәnәm, sәn
olmayanda mәn oğlu çarmıxa çәkilәn müqәddәs Mәryәmdәn
daha çox göz yaşı axıtmışam. Eşit ananı: tәkәbbürünü boğ,
içindәcә basdır getsin. Heç vaxt zorakılığa әl atma, bir dәfә
incitmәkdәnsә, yüz dәfә incidilmәk yaxşıdır. Bәyәm bilmirsәn,
atalar necә deyib: özgәyә quyu qazma ki, axırda özün
düşmәyәsәn. Lap haqlısansa da, tәkәbbür sәni günaha batıracaq,
günahkara çevirәcәk… Axı hәzrәt İsanın özünә dә zülm
etmişdilәr, çarmıxa çәkmişdilәr. Bәs o, cavabında neylәdi?
Bütün düşmәnlәrini bağışladı… İndi sәn hәzrәt İsadan ağıllı
olmaq istәyirsәn?
Vә sair, vә ilaxır. Nә cavab verәydim ona? Necә başa
salaydım ki, bәs bütün bunlar yalandır, mәn özüm zorakılığın
538