Page 537 - alberto moravia_Макет 1
P. 537

TEZLİKLӘ GÖRÜŞӘNӘDӘK


             Portolonqone – dәniz üzәrindәn asılmış kimi görünәn
          nәhәng qayada qәdim bir qaladır. Oradan çıxdığım gün adamın
          nәfәsini kәsәn güclü cәnub-qәrb külәyi әsirdi, günәş isә
          buludsuz sәmada gözqamaşdırıcı şәfәqlәr saçırdı.  Az qala,
          dәli kimi olmuşdum. Bәlkә dә, bu, elә külәyin, ya günәşin
          tәsirindәn idi; ya, bәlkә, azadlıq havasını duymağım mәni
          özümdәn çıxartmışdı, bilmirәm. Hәyәtdәn keçәrkәn bayırda
          oturub özünü günә verә-verә nәzarәtçi ilә söhbәt edәn hәbsxana
          rәisini görәndә özümü qışqırmaqdan saxlaya bilmәdim:
             – Tezliklә görüşәnәdәk, sinyor rәis!
             O dәqiqә dә dilimi dişlәdim, çünki bu ifadәnin yerinә
          düşmәdiyini dәrhal anlamışdım. Sәn bir sözә fikir ver: “Tezliklә
          görüşәnәdәk”. Belә düşünmәk olardı ki, yenidәn hәbsxanaya
          qayıtmaq istәyirәm, hәtta belә çıxırdı ki, buna әminәm dә.
          Rәis xeyirxah adamdır, sözümü eşidәndә gülümsәyib düzәliş
          verdi:
             – Sәn, yәqin ki, “әlvida” demәk istәyirsәn, elәdirmi?
             – Elәdir, sinyor rәis, әlvida!
             Amma artıq gec idi, daha heç nә elәmәk olmazdı: söz quş
          deyil, ağızdan çıxdısa, tuta bilmәzsәn.
             Ağzımdan qәfil çıxmış bu iki kәlmә söz yaxamdan da әl
          çәkmәdi; Romadakı evimizә gәlib çıxanacan bütün yol uzunu
          ara vermәdәn qulaqlarımda cingildәdi. Ola bilsin, bu mәsәlәdә
          doğmalarımın da müәyyәn günahı vardı: hәr halda, qayıdışıma
          münasibәtlәri tәsirsiz ötüşmәdi. Әlbәttә, anam mәni ürәkdolusu
          sevinclә qarşıladı, әvәzindә o birilәrin qırımı hәtta gözlәdiyimdәn
          dә pis oldu.
             – Hә, Rodolfo, salam!
             Qardaşım mәni bu cür ağızucu salamlamaqla kifayәtlәndi;
          burnufırtıqlı yelbeyin guya futbola tәlәsirdi. Bacım da ondan
          dala qalmadı; bu bәrli-bәzәkli meymunça heç bir sәbәb olmadan


                                                              537
   532   533   534   535   536   537   538   539   540   541   542