Page 532 - alberto moravia_Макет 1
P. 532
Alberto Moravia
Orada, deyәsәn, heç kәs gözә dәymirdi, üstәlik, içәri qaranlıq
idi, bir-birimizi zorla seçirdik. Arvadım adyalın qırağıyla
uşağın üzünü örtüb, qollarını yormuş namünasib bağlama
kimi onu skamyanın üstünә qoydu. Sonra diz çökdü, üzünü
әllәriylә qapayıb uzun-uzadı dua elәdi. Mәnsә bekarçılıqdan
hücrәnin divarlarından asılmış irili-xırdalı yüzlәrlә ürәkşәkilli
gümüş ikonalara baxırdım. Nәhayәt, arvadım dikәlib ayağa
qalxdı; sifәti xalis ölü sifәtiydi. Xaç çәkib, kirimişcә hücrәdәn
çıxdı, mәn dә onun dalınca getdim. Bu vaxt keşiş oxuyurdu:
– Vә İsa Mәsih dedi: “Yolun haradır, Pyotr?”
Birdәn mәnә elә gәldi ki, keşiş bunu mәndәn soruşur.
Arvadım artıq girişdәn bayıra çıxmaqdaydı ki, kimsә onu
arxadan sәslәdi; biz hәr ikimiz eyni vaxtda diksinib sıçradıq.
– Sinyora, sizin bağlamanız skamyada qaldı.
Baxanda gördük ki, tәpәdәn-dırnağa qara geyinmiş qadındır –
bütün gün gah kilsәdә, gah tövbә kürsüsünün böyründә
dolaşanlardan biri.
– İşә bax ey, – arvadım özünә gәldi, – sağ olun, tamam
unutmuşdum.
Biz “bağlamanı” götürüb kilsәdәn çıxdıq: nә ölüydük, nә
diri.
Küçәdә arvadım yaxşı qazanca hesablanmış, intәhası,
bazarda malına heç kәsin hәvәs göstәrmәdiyi satıcı kimi dil-
boğaza qoymurdu.
– Mәnim bәdbәxt balam, heç kim onu götürmәk istәmir,
heç kimә lazım deyil…
İndi o, yenә öz nimdaş paltarında, az qala, tövşüyә-tövşüyә
irәli sәkir, sanki ayaqları özü onu aparırdı. Müqәddәs Hәvarilәr
meydanına gәlib çatdıq. Kilsәnin qapısı hәlә açıq idi. İçәri
girәndә geniş olduğunu gördük, işıq da az idi. Arvadımın
pıçıltısını eşitdim:
– Әsl münasib yerdir.
532