Page 529 - alberto moravia_Макет 1
P. 529

Körpə


          balaca bir otağa sığınmışıq; yağış yağanda daxmanın içindәn
          su elә axır ki, elә bil bura otaq yox, Ripetta sahil küçәsidir. Ya
          da mәsәlәn: “Hamilә qaldığından xәbәr tutan zavallı qadın öz
          ciyәrparasından xilas yolunu cinayәtkar qәrara әl atmaqda
          gördü”. Yeddinci uşağımızın doğulacağını bilәndә elә biz dә
          arvadımla hәmin yola әl atdıq: qәrara gәldik ki, havalar imkan
          verәn kimi körpәni aparıb hansısa kilsәnin qabağına qoyaq,
          onu birinci görәcәk insaf yiyәsinin ümidinә buraxaq.
             Uşağı dünyaya gәtirmәk üçün hәmin o xeyirxah sinyorların
          kömәyi ilә arvadım xәstәxanaya qәbul edildi; özünә gәlәndәn
          sonra tәzә doğulmuş körpәsiylә yenidәn tormarançoya qayıtdı.
          Otağa girәndә yazığın birinci sözü nә olsa yaxşıdır:
             – Xәstәxanada ürәkaçan bir şey olmasa da, mәn orada
          qalmağa canla-başla hazır idim, tәki bura qayıtmayım.
             Körpә sanki onun nә dediyini başa düşdü: qulaqbatırıcı
          sәslә ağlamağa başladı. Çox qәşәng uşaq idi, maşallah, hәm
          dә canı möhkәmdi. Sәsinә isә söz ola bilmәzdi: gecәlәr
          yuxudan oyanıb çığıranda hamını yataqdan dik qaldırar, heç
          kәsә dinclik vermәzdi.
             May ayı gәldi, havalar isindi, artıq küçәyә paltosuz çıxmaq
          mümkün oldu. Biz dә tormarançodan birbaşa Romaya yollandıq.
          Arvadım körpәni sinәsinә sıxmışdı, özü dә uşağı altdan-üstdәn
          o qәdәr әsgi-üsgüyә, cır-cındaya bükmüşdü ki, elә bil onu
          qarlı düzәnliyә aparıb qoyacaqdı. Şәhәrә gәlib çatanacan, çox
          güman ki, dәrdini, müsibәtini boğmaqdan yana, nәfәsi darala-
          darala, gözlәri hәdәqәsindәn çıxmış halda bir an ara vermәdәn,
          kirimәk bilmәdәn nәdәn gәldi danışırdı…
             Әvvәlcә o, körpәni qoya bilәcәyimiz müxtәlif kilsәlәrdәn
          söz salıb, mәnә zorla izah elәmәyә başladı ki, bәs varlıların
          baş çәkdiyi kilsәlәrdәn birini seçmәk lazımdır, çünki uşağı
          bizim kimi hansısa kasıbın tapmağındansa, elә özümüzdә
          qalması yaxşıdır. Sonra dedi ki, yaxşısı budur, qoy Madonna
          kilsәsi olsun, çünki Mәryәmin dә oğlu olub, Mәryәm ana


                                                              529
   524   525   526   527   528   529   530   531   532   533   534