Page 525 - alberto moravia_Макет 1
P. 525
İştaha
Bu vaxt Faustina qapıda peyda olub qışqırdı:
– Sәn ha?! Kim inanar ki, sәn yemәk istәmәyәsәn?.. Ye,
әzizim, ye…
Sonra da qәti addımlarla Karlonun üstünә yeridi, qolundan
yapışıb onu zorla divandan qaldırdı, darta-darta aparıb masanın
arxasında oturtdu, yaxalığı boynuna taxıb çәngәli ovcuna
dürtdü; anası da razı görkәmlә başladı Karlonun nimçәsini
makaronla doldurmağa. Karlo yazıq-yazıq deyirdi:
– Mәn qәti acmamışam...
Amma üstünә qırmızı tomat sousu tökülmüş isti makaron
iştahasını yamanca qıcıqlandırırdı, çünki Karlo “acmamışam”
sözünü yaşarmış gözlәrlә ağlamsına-ağlamsına tәkrar edәrkәn
artıq nimçәdә buğlanan makaronu çәngәllә qarışdırmağa
başlamışdı.
– Nuş olsun! – Faustina ucadan dedi, sonra yenә qaçıb
otaqdan çıxdı.
Anası da çıxdı, amma getmәzdәn qabaq mәnim nimçәmi
dә ağzınacan doldurdu. Karlo çәngәlә mümkün qәdәr makaron
keçirib kәkәlәyә-kәkәlәyә dedi:
– Mario, nә qәdәr ki, Faustina evdәn çıxmayıb, get onun
yanına… bәlkә, sәninlә üz-üzә, göz-gözә qalanda…
Sözünü bitirmәyә hövsәlәsi çatmayıb çәngәli ağzına apardı.
İndi o, iştahayla yeyir, göz yaşları isә yanaqları boyunca
süzülürdü.
– Düz deyirsәn, – sevincәk dillәndim. – Ola bilsin, göz-
gözә qalsaq, sözümü eşidib razılaşar… Sәn ye, mәn indi
danışıb gәlәrәm.
Masanın arxasından qalxıb birbaşa Faustinanın otağına
getdim. Qız güzgü qabağında dayanıb dodaqlarını boyayırdı.
İçәri keçib qapını örtdüm, arxadan yaxınlaşıb belini qucaqladım,
müqәddimәsiz-filansız qulağına pıçıldadım:
– Sabah görüşәkmi?
Faustina öz yaşıl gözlәriylә mәni yandan, çәpәki süzüb
nazla dillәndi:
525