Page 522 - alberto moravia_Макет 1
P. 522
Alberto Moravia
– Hayıf, çox hayıf, – dedim. – Amma mәn neylәyә bilәrәm?
– Çox şey. İstәsәn, çox şey edә bilәrsәn. Faustina mәnә
qulaq asmır, sözümü eşitmir, sәnә isә hörmәti var... Hә, sәn
dildәn pәrgarsan, danışmağı bacarırsan... Bilirsәn, o, heç mәni
görmәk dә istәmir… Sәbәbini soruşdum, әvәzindә bizi nahara
çağırdı. Sәn yaxşı-yaxşı danış, başa sal ki, onu sevirәm, qoy
mәni atmasın.
Әvvәlcә Karlonun özünü başa salmağa çalışdım, dedim,
qadını heç bir dәlil-sübutla inandıra bilmәzsәn. Amma görәndә
ki, yaxamdan әl çәkmir, üz vurub dilә tutur, naәlac qalıb
razılaşdım. Bu vaxt biz artıq Alessandria meydanına, Faustina
yaşayan evin böyrünә çatmışdıq.
Pillәkәnlә yuxarı qalxıb qapını döydük. Faustinanın anası,
әlindә kömür yellәmәk üçün yelpik tutmuş balaca, ağsaç qadın
qapını açan kimi:
– Şükür Allaha ki, gәlib çıxdınız, – deyib mәtbәxә qaçdı.
Yemәk otağına keçdik. Sәkkiz nәfәrlik süfrә açılmışdı.
Faustinanın atası dәrzi idi, ara günlәrindә buradan soyunub-
geyinmә otağı kimi istifadә edirdi. Bütün divarları dәb
jurnallarından kәsilmiş şәkillәr bәzәyirdi; küncdә üstündәn
yarımçıq jaket asılmış qadın manekeni vardı. Evdә nәsә bir
qarışıqlıq hökm sürürdü: ev sahibәsinin kiminsә üstünә
qışqırması, onun da qadına cavab qaytarması aydın eşidilirdi.
Sonra oturduğumuz otağın qapısı qәfildәn açıldı, Faustina
içәri girdi. On sәkkiz yaşlı bu nәrmә- nazik qızın qәşәng qıvrım
saçları, yastı alnı, yaşıl gözlәri, iri ağzı var. Gözәl demәzsәn,
amma suyuşirindir. Bizi görcәk şәn sәslә bәrkdәn dedi:
– Salam, Karlo… Salam, Mario… Anam yamanca әsәbilәşib.
Bilirsiz niyә? Makaronu sәkkiz nәfәrlik bişirib, ancaq indi
mayası batır. Cino ilә Alfredo xәbәr göndәriblәr ki, futbola gedirlәr,
naharı evdә elәmәyәcәklәr. Anna-Mariya da gәlmәyәcәk – nişanlısı
onu harasa dәvәt edib. Elә özüm dә getmәyә hazırlaşıram,
mәni dә dәvәt ediblәr… Baxın öz işinizә, evdә siz üçünüz
qalacaqsınız… Anam da hirslәnmәsin, neylәsin?! Deyir әti
522