Page 517 - alberto moravia_Макет 1
P. 517
Qüsursuz qətl
Bu sözlәri Riqamonti üçün deyil, daha çox özümü
sakitlәşdirmәk xәtrinә dedim. Amma elә bu vaxt Riqamonti
hәvәslә dillәndi:
– Odur ey, gәlir...
Dönüb geri baxanda cığırla bizә tәrәf addımlayan tutqun
qadın fiquru gördüm.
Sonradan öyrәnib bilәcәkdim ki, adәtәn, bura müştәri
tapmaq ümidilә mәlum növ qadınlar gәlirmiş; amma onda
bunu bilmirdim vә inanmağa hazır idim ki, qız xәyalımın
mәhsulu deyil, hәqiqәtәn, mövcuddur. Üstәlik dә, bu vaxt
özündәnrazı Riqamonti tam arxayınlıqla qadının üstünә yeridi,
mәn isә mexaniki olaraq onun dalınca getdim. Daha bir neçә
addım vә qadın qaranlıqdan fәnәrin işıqlandırdığı sahәyә çıxdı.
Baxanda, az qala, diksindim: qadının yaşı altmışdan az olmazdı.
Әzabkeş gözlәri qara boyanın, sifәti ağ pudranın içindә itib-
batmışdı; qıpqırmızı dodaqları, pırpız saçları vardı, boynuna
qara lent sarımışdı. Adәtәn, belәlәri qaranlıq künc-bucaq
axtarır ki, sir-sifәti aydın görünmәsin. Hәqiqәtәn, inanılası iş
deyil ki, bu ahıl yaşda, bu miskin görkәmlә onlar özlәrinә
müştәri tapmağı necә bacarırlar.
– Sinyorina bizi gözlәyir?
Riqamonti hәlә qadını düzәmәlli gözdәn keçirmәmiş özünә
xas sırtıqlıqla soruşdu. Sırtıqlıqda ondan geri qalmayan qadın
әlbәәl cavab verdi:
– Әlbәttә!
Nәhayәt ki, Riqamonti mala müştәri gözüylә diqqәt yetirdi
vә yanıldığını anlayan kimi bir addım dala çәkilib tәrәddüdlә:
– Bağışlayın, – dedi, – bu axşam mәn bacarmaram…
amma mәnim dostum var, buradadır...
Deyәn kimi dә kәnara adlayıb, qum tәpәsinin arxasında
yoxa çıxdı.
Başa düşdüm ki, Riqamonti bu qәdәr qәşәng qızlardan
sonra onu belә bir әcaib qadınla tanış etmәyimi heyif çıxmaq
517