Page 514 - alberto moravia_Макет 1
P. 514

Alberto Moravia


            әylәndirirdi, çünki planı özümçün bütün xırdalıqlarınacan
            düşünmüşdüm.  Ancaq bütün detallar işlәnib hazırlananda
            düşündüklәrimi hәyata keçirmәyә mәndә dәhşәtli bir hәvәs,
            az qala, bir tamah yarandı; bu tamah elә güclü idi ki, ziddinә
            gedә bilmәdim vә axırda sözdәn işә keçmәyә qәrar verdim.
            Bәlkә dә, qәrar-filan deyildi, sadәcә bunların hamısını xam
            xәyal kimi düşünәrәk hәrәkәtә başladım. Demәk istәyirәm ki,
            eynәn sevgililәrin davrandığı kimi davrandım: instinktlә, qeyri-
            iradi vә bu barәdә özümә heç bir hesabat vermәdәn.
                Belәliklә, bir fincan qәhvә içdiyimiz masa arxasında
            başlanğıc üçün ona dedim ki, guya tәzәlikcә qәşәng bir qızla
            tanış olmuşam. Amma bu dәfә söhbәt mәnim xoşuma gәlәn
            vә sonra Riqamontinin әlimdәn alacağı hansısa qızlardan biri
            barәsindә getmirdi, yox, mәn ona mәhz Riqamontini xoşlayan,
            başqa birisi barәdә heç eşitmәk belә istәmәyәn konkret qızdan
            danışırdım. Bu söhbәti hәftәboyu hәr gün ona tәkrarladım, hәr
            dәfә dә söhbәtә çılğın sevgi ştrixlәri artırıb özümü elә göstәrir -
            dim ki, guya hәtta qısqanıram.
                Әvvәlcә Riqamonti buna laqeyd yanaşdı: “Bir halda ki
            dәrdimdәn ölür, onda qoy bara gәlsin... mәn onu qәhvәyә
            qonaq edәrәm”.
                Amma sonra inadından әl çәkib yavaş-yavaş yumşalmağa
            başladı. Hәrdәn guya zarafat edirdi, amma bilirdim ki, mәndәn
            nәsә söz qopartmaq istәyir.
                – O qız vardı ha… de görüm, mәni hәlә dә sevir?
                – Sevir dә sözdür? Dәrdindәn divanәdir.
                – Daha nә deyir?
                – Deyir, çox xoşuna gәlirsәn.
                – Mәnim nәyimdәn xoşu gәlir ki?
                – Hәr şeyindәn: burnundan, saçından, gözlәrindәn,
            dodaqlarından, әn çox da qәhvәqaynadanı necә ustalıqla
            fırlatmağından. Deyirәm dә, hәr şeyini xoşlayır.
                Qısası, sözlәrimdәn belә çıxırdı ki, tәxәyyülümün mәhsulu
            olan bu xәyali qızın xoşladıqları mәhz mәnim zәhlәm gedәn

             514
   509   510   511   512   513   514   515   516   517   518   519