Page 509 - alberto moravia_Макет 1
P. 509

Nəhs gün


          çıxararam. Mühәrriki işә saldım, tәrpәndik. Darvazadan çıxanda
          mәnә elә gәldi ki, deyәsәn, pәncәrәdә kimsә mәnә işarә verir
          ki, geri qayıdım, amma buna әhәmiyyәt vermәdim. Döngәlәri
          burula-burula üzüaşağı düşmәyә başladım; dar döngәnin birindә
          maşını yenә dala vermәli oldum. Birdәn nә görsәm yaxşıdır:
          yamacla kolluqdan yapışa-yapışa, әllәrini yellәdә-yellәdә ağ
          xalatda olan iki oğlan uşağı üzüaşağı yüyürür, aralıdan mәnә
          qışqırırlar:
             – Dayan!.. Saxla!.. Getmә!..
             Maşını saxladım. Uşaqlardan biri çatıb qapını açdı, salam-
          kalamsız taksinin bir küncünә qısılmış adama bәrkdәn dedi:
             – Çıx görüm, tez elә, düş... Heç bir şey dә demә.
             – Axı mәni Roma papası gözlәyir!
             – Di yaxşı görüm! Gәlәn dәfә gedәrsәn… Düş!
             Keşişә oxşayan adam maşından düşdü, oğlan dәrhal onun
          qoluna girdi, o biri isә mәnә izah elәdi:
             – Dinc, sakit adamdır, ona görә sәrbәst buraxmışıq...
          Amma gәrәk dәlilәrlә hәmişә ehtiyatlı olasan.
             – Bu nә evdir ki, belә? Ruhi xәstәlәr üçün klinikadır?
             – Bәs sәn hәlә bunu başa düşmәmisәn?
             Yox, başa düşmәmişdim... Demәli, belә çıxırdı ki, yuxarıda
          vaxtım da hәdәr getmişdi, puldan da olmuşdum. Artıq axşama
          yaxın idi, gün, hәqiqәtәn, uğursuz alınmışdı. Mәn Pinturikkio
          bulvarındakı dayanacağa yollandım, orada isә – yәqin,
          inanmazsınız! – düz dörd saat gözlәdim. Nәhayәt, hava
          qaralanda qarabuğdayı, uzunsaç bir cavan yaxınlaşdı, yanında
          da görkәmindәn şortuluq yağan, açıq-saçıq geyinmiş qәşәng
          bir qız. Әynindәki pencәkdәn vә yaxasıaçıq köynәkdәn elә
          oğlan özü da hansısa avaraya oxşayırdı.
             – Bizi Canikoloya apar, – oğlan dedi.
             Keçib arxada әylәşdilәr. Yerimdәn dәli kimi götürüldüm;
          amma hәrdәnbir başımın üstündәki güzgüdәn onlara baxırdım.
          Flaminio sahil küçәsindә gәdә qızın saçlarından yapışıb başını


                                                              509
   504   505   506   507   508   509   510   511   512   513   514