Page 504 - alberto moravia_Макет 1
P. 504
NӘHS GÜN
Sәn bir işә bax! Çoxları xurafata inanmır, amma mәn sizә
sübut edәcәm ki, әlamәtlәr hәmişә düz çıxır. Srağagün hansı
gün idi? Çәrşәnbә axşamı, ayın on üçü. Sәhәr tezdәn, mәn
hәlә evdә olarkәn nә baş verdi? Bufetdә eşәlәnib çörәk
axtarırdım, bu vaxt duzqabını aşırtdım. Küçәyә çıxanda birinci
kiminlә rastlaşdım? Tüklü üzündә yekә xal olan qozbel qızla.
Öz mәhәllәmizdә hamını tanıyıram, amma bu qızı heç vaxt
görmәmişdim. Bәs qarajda nә baş verdi? Neon lövhәsini
düzәldәn fәhlәnin nәrdivanı altından keçmәli oldum. Bәs
qarajda mexaniklәrdәn hansıydı mәnimlә birinci danışan? Nә
idi onun adı? Düzü, heç adını dilә gәtirmәk dә istәmirәm,
onun öz çәp sifәtiylә, kinli gözlәriylә hamıya bәdbәxtlik
gәtirdiyini bilmәyәn yoxdu. Bәsdimi bu qәdәr? Yox, qoy birini
dә әlavә edim: dayanacağa yollanarkәn, az qala, heç nәdәn
xataya düşәcәkdim, haradansa peyda olub, qәfil yoluma çıxmış
qara pişiyi basacaqdım. Әylәci basmağa güclә imkan tapdım,
tәkәrlәrdәn elә ciyilti qopdu ki, tüklәrim ürpәşdi.
Dayanacaqda, Viterboss vağzalının yanındakı Flaminio
meydanında çox gözlәmәk lazım gәlmәdi. Sәhәr saat yeddi
idi, bir dә gördüm bir kişiylә bir arvad tullana-tullana mәnә
tәrәf qaçır; lap elә bil tarantella havasına oynayırdılar. O saat
bilinirdi ki, kәnddәn indicә gәliblәr. Әynindә jilet vә yaxalıqsız
köynәk olan, qara şalvarına qarnının üstündәn qurşaq sarımış
bәstәboy vә enlikürәk kişinin qara saqqallı sifәti yastı idi; özü
dә çәpgöz – bir gözünün qapağı yarıyıcan örtülmüş, o biri
gözününkü geniş açılmışdı. Arvad, yәqin, onun anasıydı,
әyninә qaraçılar kimi qara tuman geyinib, üstündәn qara şal
bağlamışdı; şümşad kimi sarı sifәtini qırışlar basmışdı, qulağında
qızıl sırğası vardı. İkisi dә qatır kimi yüklәnmişdi: bağlamalar,
kahı paketlәri, pomidorla dolu zәnbillәr. Kişi çatan kimi heç
bir söz demәdәn mәnә bir vәrәq uzatdı; kağızda nota bәnzәyәn
504