Page 508 - alberto moravia_Макет 1
P. 508

Alberto Moravia


                Razılaşmıram.
                –  Yox, bu, gәldiyimiz yolun puludur… bәs geriyә yol
            pulunu kim verәcәk?
                – Nә geriyә?
                – Dönüş haqqını deyirәm. Bura şәhәrin kәnarıdır… Geriyә
            yolun pulunu da vermәk lazımdır.
                – Heç nә verәn deyilәm… Mәn heç vaxt dönüş haqqı
            vermәmişәm, vermәk fikrim dә yoxdur.
                Bunu deyib tәlәsik evә yönәlir, mәnsә arxasınca hirslә
            qışqırıram:
                – Pulu vermәyincә heç yerә gedәn deyilәm… Lap axşama
            kimi gözlәmәk lazım gәlsә dә.
                Kişi yalnız çiyinlәrini çәkdi. Sonra qapı açıldı vә o, evә
            girdi. Deyәsәn, qapının ağzında kimsә ağ xalatda dayanmışdı.
            Evi gözdәn keçirtdim: jalüzlәr endirilmişdi; aşağı mәrtәbәnin
            pәncәrәsindә barmaqlıq vardı. Hәr yana dәrin sükut çökmüşdü.
            Mәn dә çiyinlәrimi çәkdim, sonra günәşin altında qızmış
            maşınıma әylәşdim. Hәlә neylәyәcәyimi bilmirdim. Cibimdәn
            sәhәr yemәyi olan bağlamanı çıxartdım, yarğanın o üzündәn
            görünәn Romanın mәnzәrәsini seyr edә-edә yemәyә başladım.
            Yuxum gәlirdi, isti vurduqca yorulub heydәn düşürdüm.
            Tәxminәn bir saatacan yatdım. Yuxudan dәli kimi qәfildәn,
            büsbütün tәr içindә ayıldım. Amma baxdım ki, әtrafda hәr şey
            bayaqkı kimidir: boş meydança, jalüzlәri endirilmiş ev, günәş,
            sakitlik.  Acığımdan siqnalı var gücümlә basıb düşündüm:
            “Bәlkә, kimsә çıxdı”.
                Maşının böyürtüsünә, hәqiqәtәn, evdәn әynindә xamna
            olan, görkәmindәn keşişә oxşayan qara bir adamcığaz çıxdı;
            yaxınlaşıb soruşdu:
                – Boşdur?
                – Hә.
                – Elә isә mәni Müqәddәs Pyotr kilsәsinә apar.
                Fikirlәşdim ki, şәr demәsәn xeyir gәlmәz – Müqәddәs
            Pyotr kilsәsi pis reys deyil, heç olmasa, qayıdış haqqını

             508
   503   504   505   506   507   508   509   510   511   512   513