Page 511 - alberto moravia_Макет 1
P. 511

Nəhs gün


             Gәlib Kavalyeri di Maltanın boş, adamsız rayonuna çatanda
          dedilәr ki, maşını müqәddәs Sabina kilsәsinin meydanında
          saxlayım. Burada bağın giriş qapısı  Tibrә baxan hündür
          hasarların arasındadır. Yenә gözlәmәyi tapşırıb bağa girdilәr.
          Hava isti vә qaranlıqdı. Artıq axırıncı qaranquşlar da yatmaq
          üçün öz yuvalarına çәkilmişdi. Maqnoliya çiçәklәrinin әtrindәn
          adamın başı gicәllәnirdi. Hәqiqәtәn dә, sevgililәr üçün qiyamәt
          yer idi. Fikirlәşәndә ki, cavanlar haqlıdır, belә baxanda elә
          yaxşı elәyib öpüşürlәr, onların yerindә, yәqin, mәn özüm dә o
          cür edәrdim – hirsim soyudu, sakitlәşib gözlәmәyә başladım.
          İlıq meh әsәn kölgәlikdә yarım saatacan dincәldim. Birdәn
          gözüm sayğaca sataşdı – iki min lirә. Maşından çıxıb bağa
          yönәldim, dәrhal da әmin oldum ki, bağın içi bomboşdur,
          ağacların altındakı skamyalarda bircә adam da gözә dәymir.
          Bağın içәrisindә müqәddәs Sabina küçәsinә çıxan başqa dar-
          vazalar vardı. Onlar da, çox güman ki, bu qapılardan keçib,
          mehribancasına qucaqlaşaraq aşağı, Böyük sirkә tәrәf gediblәr.
          Qısası, mәnә atıblar.
             Qanım tәzәdәn it qanına dönmәdimi?!
             Bәxtimi söyә-söyә mәn dә maşını üzüaşağı sürdüm. Burada
          Ay hәr tәrәfi işıqlandırmışdı. Aksum abidәsinin yanında mәni
          yol polisi saxladı:
             – Qayda pozuntusu… Siz bәyәm bilmirsiz ki, gecә vaxtı
          maşını sönmüş faralarla sürmәk olmaz?
             Ürәyimә yatan yeganә müştәri – kürәyinin donqarı başından
          hündürdә olan, yaxasıaçıq ağ köynәk geyinib, pencәyini
          qoltuğuna vurmuş qozbel – mәnә yalnız Kolizeydә rast düşdü.
             – Hayıf ki, çox gec, – mәn öz-özümә mızıldandım.
             – Nә buyurdunuz? – soruşdu.
             – Heç nә, – dedim. – Hara gedirik?
             O, gedәcәyi ünvanı söylәdi. Mühәrriki işә saldım vә biz
          yola düzәldik.




                                                              511
   506   507   508   509   510   511   512   513   514   515   516