Page 510 - alberto moravia_Макет 1
P. 510

Alberto Moravia


            geriyә atdı, sonra da dodaqlarından bәrk-bәrk öpdü. Qız guya
            ağlamsındı:
                – Ay sәni, axmaq!
                Tez dә oğlanın boynunu qucaqlayıb onun öpüş payını
            qaytardı. Vә başladılar yorulmaq bilmәdәn öpüşmәyә...
                Mәn, adәtәn, cavan cütlüklәrә xoş münasibәt göstәrirәm,
            amma hәmin gün bu qәdәr müsibәtdәn sonra yaman cinliydim.
            Әylәci basıb maşını qәfildәn saxladım.
                – Çatdıq!
                – Biz artıq Canikolodayıq? – qız oğlanın ağuşundan çıxıb
            soruşdu; indi onun dodağının pomadası getmişdi, saçı dağınıq
            idi.
                – Yox, – dedim, – hәlә Canikolo deyil… Amma özünüzü
            abırlı aparmasanız, buradan o yana getmәyәcәm.
                Oğlan, belә avaralardan gözlәnildiyi kimi, köntöylüyünә
            saldı:
                – Sәnin nә işinә qalıb, bunun sәnә bir dәxli var?!
                –  Taksinin yiyәsi mәnәm, – dedim. – Mehribanlaşmaq
            istәyirsinizsә, özünüzü verin Villa Borgezin kolluğuna.
                O, gözünü üzümә zillәyib diqqәtlә baxdı, nә fikirlәşdisә:
                – Di yaxşı, – dedi. –  Allahına şükür elә ki, yanımda
            sinyorina var… Sür Canikoloya.
                Daha danışmadıq; kәlmә kәsmәdәn onları Canikoloya
            apardım.  Artıq gecә düşmüşdü. Hәr ikisi maşından çıxdı,
            mәnә gözlәmәyi tapşırıb, özlәri parapetә yaxınlaşdılar, oradan
            Romanın mәnzәrәsini seyr etmәyә başladılar. Birazdan qayıdıb
            maşına әylәşdilәr.
                – İndi gedәk Kavalyeri di Maltaya, – oğlan dedi.
                – Sayğacda artıq min lirәdir, xәbәriniz var?
                – Narahat olma, sür getdik!
                Canikolodan Kavalyeri di Maltaya az yol deyil. Onlar,
            deyәsәn, yenә öz işlәrindәydilәr, arxada qucaqlaşıb öpüşürdülәr.
            Amma daha heç nә vecimә deyildi, indi mәn yalnız öz pulumu
            necә alacağımı düşünürdüm.

             510
   505   506   507   508   509   510   511   512   513   514   515