Page 505 - alberto moravia_Макет 1
P. 505

Nəhs gün


          kәpәnәkvari hәrflәrlә ünvan yazılmışdı: “Pollarola meydanı”.
          Bu meydan Kampo del Fyori bazarının böyründәdir. Qadın
          hәmin vaxt şey-şüylәri cidd-cәhdlә maşına yüklәmәkdәydi.
          Geri qanrılıb dedim:
             – Bәlkә, elә bilirsiz, bu, tәrәvәz furqonudur?
             Kişi mәnә baxmadan saymazyana cavab verdi:
             – Yaxşı maldır, hamısı yaxşıdır… Tez sür, biz tәlәsirik.
             Mühәrriki işә salıb götürüldüm. Birdәn eşidirәm ki, arvada
          deyir:
             – Ayağını hara basdığını görmürsәn? Pomidoru әzdin ki...
             Ağlıma gәldi ki, maşını bulaşdırıb pis günә qoyacaqlar.
          Pollarola meydanına çatanda geri qanrılıb nә görsәm yaxşıdır:
          hәr yanda kahı yarpaqları, toz-torpaq, nәmişlik, ayaq altda
          tapdanıb әzilmiş pomidor... Hәqiqәtәn, dәhşәtdi! Necә deyәrlәr,
          ağlıma gәlәn başıma gәldi!
             – Oturacağı yaman günә salmısız, dәrini xarab elәmisiz,
          bәs bu zәrәrin haqqını mәnә kim ödәyәcәk?
             – Boş şeydir, – kişi cibindәn dәsmal çıxarıb oturacağın
          çirkli yerlәrini silmәyә başladı.
             Cin vurdu tәpәmә. Hirsimdәn alışıb-yanırdım.
             – Silmәkdәn kar aşmaz. Siz mәni azından min lirәlik xәrcә
          salmısınız!
             Baxıram ki, vecinә deyil, heç qulaq da asmır. Şeylәri
          boşaltmaqda arvada kömәk edib, tez-tez dә tәkrarlayır:
             – Tez ol, tez, tez… Bura yığ!
             – Lәnәt şeytana, – qışqırdım, – çәpgözlüyün azmış, hәlә
          üstәlik, karsan da?.. Sәndәn soruşuram ki, dәrinin korlanmasına
          görә mәnә kim pul verәcәk?
             Kişinin sәbri tükәndi, hövsәlәdәn çıxıb mәnә tәrәf döndü:
             – Nolub sәnә, nә çığır-bağır salmısan, görmürsәn mal
          boşaldıram?
             – İstәyirәm, dәymiş ziyanın әvәzini ödәyәsәn!
             Nәhayәt, malın hamısını boşaldıb qurtardı.


                                                              505
   500   501   502   503   504   505   506   507   508   509   510