Page 502 - alberto moravia_Макет 1
P. 502

Alberto Moravia


            ki, mәnim rәftarımı ciddi saymadığını göstәrsin. Nәhayәt,
            kandarda peyda olub mızıldandı:
                – İşlәmәyә bilәrsәn – bu, sәnin öz işindir. Uzan çarpayıda,
            nә qәdәr kefindi eşәlәn özünçün... Amma yemәk istәyirsәnsә,
            onda zәhmәt çәk, әrzaq üçün pul ver.
                Tüstünü tavana üfürüb kәsә cavab verdim:
                – Mәndә pul yoxdu.
                – Necә yәni, sәndә pul yoxdu?
                – Bax belә. Yoxdu.
                – Qulaq as, bu nә oyundu? Ağlından nә keçir, bilmirәm,
            amma әgәr sәn pul vermәsәn, әrzaq ala bilmәrәm, әrzaq
            almasam, yemәyә heç nәyimiz olmayacaq.
                – Düzdür, tamamilә haqlısan. Mәn dә elә düşünürәm,
            yemәyә heç nәyimiz olmayacaq.
                – Belә de! Bilirsәn nә var, mәn sәninlә oyun oynamağa,
            vaxt itirmәyә hazırlaşmıram. Pulu qoyarsan mizin üstünә.
                Siqaretimi çәkmәyә davam elәyib dinmәdim,  Valentina
            bir neçә dәqiqәdәn sonra tәzәdәn qayıdanda isә dedim:
                – Sәnә tam ciddi deyirәm: mәnim daha pulum yoxdur…
            Olanım üç yüz lirәdir, vәssalam. Başqa pulum yoxdur…
                – Amma bankda var axı… Deyәsәn, bu gün yenә simicliyin
            tutub, elәdir?
                – Yox, simiclik mәsәlәsi deyil, sadәcә mәnim daha pulum
            qalmayıb. İnanmırsan buyur, özün bax.
                Bank kitabçasını cibimdәn çıxarıb ona uzatdım. Bu dәfә
            Valentina demәdi ki, haqq-hesabdan baş çıxartmır; xahiş
            elәmәdi ki, onu dinc buraxım. Yox, başa düşdü ki, tam ciddi
            danışıram vә bunu anlayan kimi sifәtindә aşkar qorxu peyda
            oldu, kitabçaya baxıb taqәtsiz halda stula çökdü. Mәnsә sözümә
            davam elәdim:
                – Sәn mәni xәsis sayırdın, nә qәdәr çox xәrclәyirdimsә,
            gözünә bir o qәdәr simic görsәnirdim. Onda mәn qәsdәn
            israfçılığa başladım… Axırda nәyim vardısa, hamısını xәrclә -
            dim... Ticarәtin daşını da atmışam. İndi hәr şey bitib. Daha

             502
   497   498   499   500   501   502   503   504   505   506   507