Page 498 - alberto moravia_Макет 1
P. 498

Alberto Moravia


            simiclik sәnә bu qәdәr lәzzәt elәyirsә, buyur. Amma mәni
            rahat burax, yaxamdan әl çәk.
                – Sәfeh!
                Evlilik hәyatımızda ilk dәfә onu acıladım. Bәlkә, siz nә
            vaxtsa yanan kibrit dәnәsini yaxınlaşdıranda kerosinin necә
            alışdığını görmüsünüz. Bax mәnim sakit vә bir qәdәr süst
            görünәn  Valentinam da belәcә alışdı. Mәni elә söyüşlәrlә
            söydü ki, gәl görәsәn! Özü dә getdikcә daha bәrk qızışır,
            söydükcә söymәyә daha çox söz tapırdı – elә bil söyüşlәr sapa
            düzülmüşdü, biri o birini çәkib gәtirirdi. Hazırda dilә
            gәtirdiklәrini, görünür, çoxdan içinә yığıb mәqam gözlәmişdi.
            Bunlar “Yaramaz, әclaf, alçaq” kimi adi tәhqirlәr, adamı çox
            da dәrindәn yaralamayan kobud kişi söyüşlәri deyildi. Yox,
            hamısı birbaşa iliyә işlәyәn qadınsayağı tәhqirlәr idi; belә
            tәhqirlәr iynә kimi dәrinә batıb uzun müddәt adamın içindә
            qalır, azacıq tәrpәnәn kimi özünü dәrhal hiss etdirir. Valentinanın
            tәhqirlәri mәnim ailәmә dә toxunurdu, peşәmә dә, zahiri
            görkәmimә dә. Bunların heç biri öz adi mәnasındakı söyüşlәr
            deyildi, qarşısıalınmaz axınla kükrәyib-daşan zәhәrli, kinli
            sözlәr idi. Heç demә, öz arvadımı qәti tanımırammış vә әgәr
            onun sözlәri mәni bu dәrәcәdә ağrıtmasaydı, çox ehtimal ki,
            bәrk tәәccüblәnәrdim.
                Nәhayәt, o, sakitlәşdi, mәnsә döşәmәyә çökdüm (bilmirәm,
            mәruz qaldığım alçalmaya görәydi, yoxsa yorğunluqdan idi –
            hәr halda, tamaşa kifayәt qәdәr uzun çәkmişdi), üzümü onun
            dizlәrinә sıxıb uşaq kimi ağladım. Ancaq hönkürә-hönkürә
            üzr dilәsәm dә, hiss edirdim ki, bu, sondur; hiss edirdim ki,
            artıq ona olan sevgim arxada qalıb.  Vә bunu dәrk etdiyim
            üçün halım daha da pislәşir, pislәşdikcә dә daha bәrk
            hönkürürdüm.
                Axırda mәn dә sakitlәşdim, Valentinaya beş min  bağışlayıb,
            evdәn çıxdım. Özümdә hәlә iyirmi min qalmışdı, amma daha

             498
   493   494   495   496   497   498   499   500   501   502   503