Page 493 - alberto moravia_Макет 1
P. 493

Çoçaralı qız


             – Beşini götürmüşәm, beşini dә qaytarmışam, mәndәn nә
          istәyirsiniz?! Mәn bu kitablara bir әtәk pul vermişәm, heç
          satdığımın pulu bu qәdәr deyildi...
             Professor elә sarsılmışdı ki, dili söz tutmurdu; ağzını açıb
          gah mәnә, gah Tudaya baxsa da, bir kәlmә danışa bilmirdi.
             – Bax da, – Tuda sözünә davam elәdi. – Görmürsәn cildlәri
          eynidir, özü dә bunlar sәninkilәrdәn daha yaxşıdır… Bax da!
          Çәkilәri dә eynidir… Xahiş elәdim, tәrәzidә mәnimçün çәkdilәr,
          dörd kilo yarım gәldi... Sәninkilәrin çәkisi dә düz bu qәdәr
          olmuşdu.
             Bu dәfә professor güldü. Әlbәttә ki, acı-acı.
             – Kitab danadı ki, tәrәzidә çәksinlәr? Başa düş, kitablar
          cürbәcürdür, biri o birindәn fәrqlәnir. Hәr kitab bir cürdür,
          hәrәsinin öz müәllifi var... İndi mәn bu kitabları neylәyәcәm?..
             Amma qız heç cür qanmaq istәmir, beyninә heç nә batmırdı.
          İnadla eyni sözlәri tәkrarlayır, iki ayağını bir başmağa dirәyib
          dediyini deyirdi:
             – Beşini götürmüşdüm, beşini dә qaytardım… Onların da
          cildi var, bunların da… Mәn başqa şey bilmirәm.
             Axırda professor onu mәtbәxә göndәrdi.
             – Get, – dedi, – get nahar hazırla. – Kifayәtdir, mәn daha
          vaxtımı boşuna xәrclәyib qanımı qaraltmaq istәmirәm.
             Tuda mәtbәxә keçәndә başını bulayıb tәәssüflә dedi:
             – Çox hayıf… Yaxşı qızdır… Amma yontulmayıb, yaman
          köntöydür.
             – Әsl siz istәyәndir, professor, – dedim. – Hansından
          istәmişdinizsә, ondan.
                        1
             – Mea culpa – o mızıldandı.
             Tuda özünә münasib yer axtara-axtara hәlә bir müddәt
          professorun evindә yaşadı. Sonra süd dükanında qabyuyan
          işinә düzәldi. Hәrdәn mәnә baş çәkmәyә gәlir. Söhbәt vaxtı
          kitab әhvalatını biz heç vaxt yada salmırıq. Amma bir dәfә
          Tuda mәnә dedi ki, tәzәlikcә yazı-pozu öyrәnmәyә başlayıb.


          1 Mea culpa – mәnim günahımdır (latınca)
                                                              493
   488   489   490   491   492   493   494   495   496   497   498