Page 489 - alberto moravia_Макет 1
P. 489

Çoçaralı qız


          mәn daşıyıram: hәm onu bizә mәslәhәt görәn kirvәmin, hәm
          dә hörmәtli professorun qarşısında.
             Qapıdan çıxanda eşitdim ki, professor ona başa salır:
             – Bax ha, sәn hәr gün tәmiz әsgiylә bu kitabların tozunu
          almalısan.
             – Sәn bu kitabları neylәyirsәn? – Tuda soruşdu. – Nәyinә
          lazımdı bunlar?
             – Sәninçün kәtmәn nәdirsә, mәnimçün dә bu kitablar
          hәmin şeydir… Onlar mәnә işimdәn ötrü lazımdır.
             – Amma mәnim cәmisi bir kәtmәnim var…
             O gündәn başlayaraq professor hәr dәfә qapıçı otağının
          yanından keçәndә mәnә Tuda barәdә hansısa yeni mәlumat
          bildirirdi. Düzünü desәm, professor çox da hayıl-mayıl
          qalmamışdı. Bir dәfә mәnә gileylәndi:
             – Köntöydür, yaman köntöydür… Bilirsiz dünәn nә oyun
          çıxardıb? Masamın üzәrindәki kağızı – tәlәbәmin işini götürüb,
          çaxır şüşәsinin ağzını tıxayıb.
             – Professor, – dedim, – mәn sizi xәbәrdar elәmişdim…
          Kәnd qızıdır…
             – Elәdir, amma yaxşı qızdı. Xeyirxahdı, işgüzardı, çox
          yaxşıdı...
             Bir müddәt keçdi vә professorun diliylә desәk, bu yaxşı
          kәnd qızı xalis şәhәrli qıza çevrildi… Donluğunu alan kimi
          birinci işi özünә dәbdә olan paltar tikdirmәk oldu vә dönüb
          әsl sinyorinaya oxşadı. Sonra hündürdaban tufli, ardınca da
          timsah dәrisindәn çanta aldı. Hәlә sonra neylәsә yaxşıdır:
          hörüklәrini kәsdirdi. Mәncә, bu, nahaq idi. Düzdür, Tudanın
          yanaqları әvvәlkitәk bir cüt alma kimi qırmızıydı; onlar şәhәrdә
          doğulan qızlarınkı kimi belә tezliklә solmazdı, üstәlik, bu al
          yanaqları xoşlayan tәkcә professor deyildi. Qızı ilk dәfә Mario
          ilә – dördüncü mәrtәbәdә yaşayan sinyoranın sürücüsü ilә
          görәndә xәbәrdarlığımı dәrhal elәdim:
             – Bax ha, o, sәnә hәmtay deyil! Şirin dilinә dә uyma, sәnә
          dediklәrini rastına çıxan bütün qızlara deyir.

                                                              489
   484   485   486   487   488   489   490   491   492   493   494