Page 486 - alberto moravia_Макет 1
P. 486
Alberto Moravia
kәndimdәn olsun – bax burası mәnә qәti çatmırdı. Professor
deyirdi, kәnd qızları әliәyri olmur, hәm dә başlarını hәr cür
zir-zibillә doldurmurlar; deyirdi, alma kimi alyanaq kәndçi
qızlar çox xoşuna gәlir, çünki onlar yaxşı biş-düş bacarırlar.
Qәrәz, elә gün olmurdu ki, professor mәnim darısqal qapıçı
hücrәmә baş çәkib, ona savadsız bir çoçaralı qız tapmağımı
inadla tәlәb etmәsin. Axırda naәlac qalıb kәndә, öz kirvәmә
mәktub yazdım. Cavab gәldi ki, bәs tәlәblәrә uyğun bir qız
var: Vallekorsdandır, özünün dә hәlә heç iyirmi yaşı tamam
olmayıb. Cavab mәktubunda kirvә bir mәsәlәni xüsusi
vurğulayırdı: adı Tuda olan qızın yeganә qüsuru ondan ibarәtdir
ki, nә yaza bilir, nә oxuya. Әlüstü cavab göndәrdim ki,
professora da mәhz belәsi lazımdır – savadsız qız.
Gözәl axşamların birindә Tuda kirvәmlә birgә Romaya
gәldi, mәn dә vağzala gedib qızı qarşıladım. Görәn kimi
bildim ki, bu, yorulmaq nә olduğunu bilmәdәn bütün günü
torpaqda kәtmәn vuran, yarım senter ağırlığındakı zәnbili
başına qoyub dağ cığırıyla aparan xalis Çoçara qızıdır. Tudanın
professorun arzuladığı çәhrayı yanaqları vardı; qara hörüklәri
başına dolanmış çatmaqaş, girdәsifәt qızdı. Gülәndә ağzında
ağappaq dişlәri görsәnirdi – Çoçarada qadınlar dişlәrini
әmәkömәci yarpağıyla tәmizlәyirlәr. Düzdür, Tuda çoçaralı
qızlar kimi geyinmәmişdi, ancaq yerişi eynәn bizim kәnd
qızlarının yerişiydi: pәncәsini tam yerә basırdı, tuflisi dә
hündürdaban deyildi. Әzәlәli baldırları vardı, özü dә sәndәlin
uzun bağlarını baldırına doladığından onlar әcәb qәşәng
görsәnirdi.
Qoltuğunda tutduğu balaca zәnbili irәli uzadıb dedi ki, bu,
mәnim üçündür: dibinә külәş döşәnmiş zәnbildә üstü әncir
yarpağıyla örtülmüş bir düjün tәzә yumurta vardı. Mәslәhәt
gördüm ki, hәdiyyәni professora aparsın: bu, onda xoş tәәssürat
yarada bilәr. Nә cavab versә yaxşıdır: professor heç ağlına
gәlmәyib; axı o, sinyordur, yәqin, evindә şәxsi toyuq hini var.
486