Page 481 - alberto moravia_Макет 1
P. 481

Gözətçi


          xoşbәxt әr, xoşbәxt atayam. Oktyabr günәşi anbarın әrazisini
          işıqlandırır. Emiliya qәşәng qollarını çırmalayıb çәllәkdә
          mәnim köynәyimi yaxalayır. Şәritdәn tәrtәmiz yuyulmuş
          mәlәfәlәr asılıb. Stulu çıxarıb bayıra qoymuşam, barakın
          qarşısında oturub özümü günә verirәm, Emiliyanın adı mәnimki
          kimi  Vinçenso olan uşağını qucağıma alıb yırğalayıram.
          Yaşadığımız barakın yanında öz әlimlә tikdiyim yastı bir
          koma da var, içәrisindәn makaron sousunun lәzzәtli qoxusu
          gәlir: Emiliya orada mәnә yemәk hazırlayır. İndi mәn daha
          nahar üçün osteriyaya getmirәm. Sizә deyirәm dә: uşaqla necә
          şirin-şirin oynadığımı, çәllәkdә köynәyimi yuya-yuya Emiliyanın
          mәnimlә necә mehriban danışdığını görәndә istәnilәn adam
          bizi xoşbәxt ailә hesab edәr. Әslindә isә, qәtiyyәn belә deyildi.
          Bu körpә dә, körpәnin anası da, barakda gizlәdilmiş parçalar
          da – hamısı Rinaldiyә mәxsus idi. Әvvәllәr şirkәtin әmlakını
          qoruyan özümsә, Emiliya vә çağa da daxil olmaqla, indi Ri-
          naldinin әmlakını qoruyurdum. Qalan bütün şeylәrdә biz әr-
          arvad kimiydik: Emiliya çox yaxşı qadınmış, bu sarıdan heç
          bir qayğım, narahatlığım  yox idi; uşaq da yaxşı uşaqdı, hәm
          dә qәşәngdi. Xoşuma gәlmәyәn yeganә şey vardısa, o da
          aramızdakı söhbәtin hәmişә Rinaldidәn getmәsiydi. Emiliyanın
          sevgilisiylә yenidәn görüşәcәyi günü gözlәmәyә hövsәlәsi
          çatmırdı. Mәsәlә heç dә onda deyil ki, Rinaldidәn danışmaq
          mәni açmırdı, yox. Emiliya onun sevgilisiydi, mәnsә dostu;
          bu isә fәrqli şeydir. Ancaq belә çıxırdı ki, sanki dünyada tәkcә
          Rinaldi var, mәnsә yerli-dibli mövcud deyilәm. Necәsә bir
          dәfә bunu özünә dә bildirdim. Bundan sonra Emiliya mәnim
          kişi olduğumu sanki ilk dәfә anlayıb, başladı sevgi-mәhәbbәtә
          rişxәnd elәmәyә. Guya zarafat edirdi, bu isә mәnә әzab verir -
          di – bax onda anladım ki, Emiliya xoşuma gәlir. Nәhayәt, bir
          dәfә ona dedim:
             – Sәn Rinaldininkisәn, yaxşısı budur, mәni dinc burax.
             – Әlbәttә, onunkuyam. Sәnsә әsl dostsan, odur ki, gәrәk
          qısqanmayasan.


                                                              481
   476   477   478   479   480   481   482   483   484   485   486