Page 476 - alberto moravia_Макет 1
P. 476

Alberto Moravia


                – Get pendirini sat… Qanmaz, heyvan, kәndçi.
                Axırda oğlan çiyinlәrini qısıb aralandı, haradasa camaatın
            içindә itib-batdı, mәn dә Çezareyә tәrәf döndüm. Amma onu
            görmәyәndә, az qala, damarlarımda qanım dondu. Adamlar
            mәni oğlandan aralayandan sonra dağılışıb hәrәsi öz işinin
            dalınca gedirdi. Çezare isә heç yerdә gözә dәymirdi: nә
            vağzalda, nә bağda, nә dә del Ezedra meydanında. Elә bil heç
            yox imiş. Yerli-dibli yoxa çıxmışdı. Onunla birgә dә әlli min
            lirә. Özümdәn asılı olmadan elә bir ümidsiz jest elәdim ki,
            hәtta kimsә ayaq saxlayıb soruşdu:
                – Özünüzü pis hiss edirsiniz? Halınız yaxşı deyil?
                Hirsimdәn әsә-әsә meydandan necә götürüldüyümü
            bilmәdim. Tövşüyә-tövşüyә, büsbütün qan-tәr içindә ta Viçensә
            qәdәr yüyürdüm; Ottavionun dükanına çatanda qaçmaqdan
            nәfәsim tәntimişdi.
                Gonbul Ottavio hәmişәki yerindә, şüşә arakәsmәsinin
            arxasında oturub rahatca işlәyirdi; lupanı gözünә yaxınlaşdırıb
            nәyisә diqqәtlә nәzәrdәn keçirirdi. Hәmişәki kimi dә sәliqәsiz
            idi, üzünü qırxmamışdı. İçәri girdim, nәfәsimi dәrib birbaşa
            dedim:
                – Bilirsәn, Ottavio, mәn sәnin pulunu verә bilmәyәcәm…
            Әgәr istәyirsәnsә, әvәzindә bax bu sikkәni götür.
                Ottavio mәnә fikir vermәdәn sikkәni sakitcә әlinә alıb
            gözlәrinә yaxınlaşdırdı, dәrhal da şaqqanaq çәkdi. Sonra ayağa
            qalxıb, gülmәyinә davam edә-edә çiynimә vurdu:
                – Roma sikkәsi! Roma sikkәsi! Demәli, başlamısan Roma
            sikkәlәrini saxtalaşdırmağa! Gör nә gündәsәn ki, qәlp sikkәnin
            umuduna qalmısan!











             476
   471   472   473   474   475   476   477   478   479   480   481