Page 471 - alberto moravia_Макет 1
P. 471
Roma sikkəsi
– Görürsәn, mәnim pulum var, nә baş verir-versin, sәn –
fırıldaqçısan, mәnsә sәnin aldatmağa hazırlaşdığın qurbanlıq...
Danışdıq?
– Danışdıq! – vәcdә gәlmiş Çezare әlüstü cavab verdi.
Mәn inamla sözümә davam elәdim:
– Demәli, belә, gәl şәrtlәşәk: biz bu sikkәyә hansı qiymәti
qoyuruq?
– Otuz min.
– Yox, otuz min azdır, әn azı altmış min. Qırxı mәnim,
iyirmisi sәnin. Hә, necәdi, gedәr?
– Dayan görüm, biz axı razılaşdıq ki, qazancı tәn bölәk…
– O cür getmәz.
– Yaxşı, iyirmi deyirsәn, iyirmi olsun.
– İndi isә, gәl görәk bu işi necә düzüb-qoşuruq… Demәli,
sәn olursan yerqazan… Guya buralıqda yeni vağzalın tәmәlini
qazırdın… Bu sikkәni dә tapıb gizlәtmişdin… Aydındır?
– Aydındır.
– Sikkәni belә satırıq: mәn söhbәtә qarışıram, deyirәm
bunun böyük dәyәri var… Amma gәrәk bir ad tapaq, hansısa
Roma imperatorunun adı lazımdır. Sәncә, kim olsun bu im-
perator?
– Neron.
– Yox, Neron getmәz... Görürsәn, necә fәrsizsәn? Romada
Neronu kim tanımır ki?.. Ağla gәlәn birinci ad elә budur.
Başqasını tapmalıyıq.
Çezare çәnәsini qaşımağa başladı.
– Mәn tәkcә Neronun adını bilirәm, başqasını eşitmәmişәm.
– İmperator qәhәtdir?! Bir sürü imperator olub, azından
yüz nәfәr. Misalçün Vespasian, bidelәri icad elәyәn… Doğrudan,
sәn bunu bilmirsәn?
– Hә-hә, Vespasian...
– Amma Vespasian da yaramır, adını eşidәndә bizә gülәrlәr…
Bax, gör sәnin sikkәndә nә yazılıb? Onu bәri ver görüm…
471