Page 474 - alberto moravia_Макет 1
P. 474

Alberto Moravia


                – Nә neçәyәdir?
                – Deyirәm, sәn buna nә qәdәr istәyirsәn?
                – Qoy olsun altmış min.
                Qabaqcadan şәrtlәşdiyimiz qiymәt belә idi, ancaq Çezare
            bu qәdәr kütbeyin olmasaydı, qiymәti dәrhal malın üstünә
            yapışdırmazdı, әvvәlcә soruşardı ki, siz nә qәdәr verәrsiniz?
            Ya da bir ayrı söz soruşardı. Daha neylәyәsәn, mәn xoşbәxt
            tәsadüfü әldәn buraxmaq istәmәyәn adam kimi, bayaqkı
            qәtiyyәtlә dedim:
                – Әlli min! Mәn buna әlli min verirәm… Necәdi, razısan?
                Hәmin vaxt oğlana gözucu nәzәr saldım: deyәsәn, hәrif
            qarmağa keçmişdi. Doğrudan da, elә o dәqiqә söhbәtә qarışıb,
            tәklifini elәdi:
                – On min artıq verirәm… Bәlkә, mәnә güzәştә gedәsәn?
                Oğlan bunu çox yumşaqcasına dedi, sanki adamı dilә
            tuturdu. Çezare başını qaldırıb yazıq-yazıq üzümә baxdı,
            üzrxahlıq elәyirmiş kimi utana-utana:
                – Bilirsiz, – dedi, – bu cavan oğlan sizdәn qabaqdır. Siz
            Allah üzrlü sayın, sinyor, amma mәn sikkәni ona vermәliyәm.
                Oğlan bizә baxa-baxa nazik, ağımtıl bığlarını çeynәyirdi.
                – Amma üstümdә pulum yoxdur, – birdәn o dedi. – Gedәk
            mәnimlә, haqqını ödәyәrәm.
                – Hara gedәk?
                – Polisә!
                Çezare yerindәcә meyitә döndü, qorxudan yazığın gözlәri
            bәrәlә qaldı. Başa düşdüm ki, müdaxilә etmәliyәm, özü dә
            tam qәtiyyәtlә.
                – İcazәnizlә, hansı әsasla?.. Siz kimsiniz?.. Polis agen-
            tisiniz?
                – Yox, polis agenti deyilәm, – oğlan kinayә ilә dillәndi, –
            amma sizin zәnn etdiyiniz axmaq da deyilәm… Siz bu qәlp
            sikkәni mәnә soxuşdurmaq istәyirdiniz, elә deyilmi?.. Gedәk
            polisә, orada ayırd edәrik.


             474
   469   470   471   472   473   474   475   476   477   478   479