Page 473 - alberto moravia_Макет 1
P. 473

Roma sikkəsi


          görkәmindәn fәrasәtli, diribaş adam tәsiri bağışlasa da,
          bәxtimizdәn kәndçiyә oxşayırdı. Baxdım ki, Çezareni diqqәtlә,
          hәtta hәvәslә dinlәyir. Nәhayәt, Çezare әlini cibinә salıb
          sikkәni çıxartdı. İndi mәnim növbәm çatmışdı: başa düşürdüm
          ki, geri çәkilmәk artıq gecdir.
             Oğlan sikkәni alıb maraqla gözdәn keçirir, çevirib hәr
          üzünә baxırdı, Çezare isә çәnәsinә güc verib ona nәyisә
          qandırırdı. Yaxınlaşıb ciddi görkәmlә soruşdum:
             – Müdaxilәmә görә üzr istәyirәm… Bu, tәsadüfәn Roma
          sikkәsi deyil ki?
             Çezare mәni görәndә guya mat qaldı, oğlan isә yavaşdan
          dedi:
             – Oxşayır ki, hә.
             – İcazәnizlә, bir ona baxım, – dedim, – Mәn antikvaram,
          belә şeylәrdәn az-çox başım çıxır… İcazәnizlә…
             Oğlan sikkәni dәrhal irәli uzatdı, mәnsә özümü maraqlanmış
          kimi göstәrib onu diqqәtlә nәzәrdәn keçirmәyә başladım.
          Sonra Çezareyә tәrәf dönüb ciddi tәrzdә soruşdum:
             – Sәn bunu hardan almısan?
             Onu da deyim ki, üst-başı toz-torpaq içindә olan nimdaş
          geyimli Çezare bu rol üçün yaxşı yarayırdı.
             – Siz mәndәn nә istәyirsiz? – o, ağlamsına-ağlamsı -
          na de  di. – Mәn kasıb, fağır adamam.
             – Di yaxşı, – dedim. – Qorxma, mәn çuğul deyilәm, mәnә
          deyә bilәrsәn. De görüm, hardan almısan bunu?
             – Mәn yerqazanam, – Çezare bayaqkı yazıqlıqla cavab
          verdi. – Bunu da tәzә vağzalın tәmәlini qazanda tapmışam...
          Bәlkә, siz onun qiymәtini deyәsiniz? Sizcә, qiymәti neçә olar?
             – Qiymәti olmağına, әlbәttә ki, qiymәti var… Bu, imperator
          Karakallanın sikkәsidir.
             – Hә-hә, Karakalla. Bu adı mәnә bir nәfәr dә demişdi.
             Hәlledici an yetişdi. Mәn saymazyana soruşdum:
             – Yaxşı, neçәyәdir?


                                                              473
   468   469   470   471   472   473   474   475   476   477   478