Page 472 - alberto moravia_Макет 1
P. 472
Alberto Moravia
Çezare sikkәni cibindәn çıxarıb mәnә uzatdı, әlimә alıb
diqqәtlә baxmağa başladım. Köhnә sikkәnin üzәrindә hansısa
sürtülmüş hәrflәr vardı, amma seçmәk mümkün deyildi.
– Karakalla, – birdәn yadıma düşdü. – Hә, hә, Karakalla!
O termaları vardı ha… Başa düşdün? Karakalla.
– Qoy olsun Karakalla.
– Demәli, belә elәyirik: aralanırıq, amma bir-birimizә
yaxın yerdә dururuq… Münasib tipi özüm axtarıb tapacam.
Tapanda öskürәcәm. Sәn sayıq ol, öskürәndә bil ki, odur. Elә
ki tanıdın, başlayırsan başını piylәmәyә. Gedәr?
– Әmin ola bilәrsәn.
Hәrәmiz bir tәrәfә üz tutduq. Çezare bağda gәzişirdi,
mәnsә sәkidә durub ötüb-keçәnlәrә göz qoyurdum. Bilirdim
ki, bu rayonda Romanın әtraf yerlәrindәn gәlmәlәr tez-tez rast
düşür. Bu adamlar köntöy olurlar: hamısı zır kәndçidir, amma
ciblәri doludur. Allah bilir, özlәrini nәyin lotusu sayırlar.
Qınamıram, ola bilsin, öz kәndindә, mal-qaranın, qoyun-
quzunun әhatәsindә, hәqiqәtәn, hәrәsi bir qoçaqdır, di gәl ki,
şәhәrdә hamısı hәrif kimi görünür. İndi yanımdan öz çuvalları,
yekә-yekә çamadanlarıyla keçirdilәr, amma aralarından münasib
qurbanlığı heç cür seçә bilmirdim. Gözlәmәkdәn darıxmayım
deyә, hәm dә özümә ciddi görkәm vermәk üçün cibimdәn
siqaret çıxarıb alışdırdım. Bilmirәm niyә, amma tәrslikdәn,
elә birinci qullab nәsә mәni öskürtdü. Bu qanmaz Çezare dә
himә bәnddi: bayaqdan bağda hәrlәnәn ağbәniz cavana
yaxınlaşıb әlüstü dirsәyinә toxundu. Hәr şey elә sürәtlә baş
verdi ki, müdaxilә edә bilmәdim.
Çezare oğlana nәsә deyәnәcәn mәn bu bәstәboy cavanı
diqqәtlә gözdәn keçirtdim. Kәndçisayaq geyinmişdi: әynindә
yaxalığı tülkü dәrisindәn olan enli gödәkcә, qәhvәyi rәngdә
enli velvet şalvar vardı. Ayağındakı sarı çәkmәlәr çirkin-tozun
içindәydi. Sifәti solğun vә sәrt idi, saçları qısa vurulmuşdu,
çopurları sezilәn burnunun altında nazik bığları vardı. Ümumi
472