Page 469 - alberto moravia_Макет 1
P. 469

Roma sikkəsi


             – Attilio, mәni tanımadın?
             Bu, Çezare idi: fәrsizin fәrsizi, uğursuzun yekәsi!
             Tanışlığımız müharibәdәn sonrakı qara bazar illәrinә tәsadüf
          etmişdi. Onda Çezare siqaret alveriylә mәşğul olurdu, gözә
          çarpmadan, necә deyәrlәr, öz yerindә pas atıb qalmışdı.
          Görkәmi hәmişә olduğundan daha miskin idi. Rәngi solmuş
          yamaqlı paltosu axıracan düymәlәnsә dә, boynunun çılpaqlığını
          gizlәdә bilmirdi – nә yaxalığı vardı, nә qalstuku; heç başında
          papağı da yox idi. Toz basmış dağınıq saçlarında gözümә hәr
          cür zir-zibil sataşdı; yәqin, baraklarda gecәlәyirdi. Düzünü
          desәm, ona baxmaq dәhşәt idi.
             – İşlәrin necәdir, Çezare? – çaşqın halda soruşdum.
             – Bir dәqiqәliyә düşәk, – dedi. – Sәnә sözüm var.
             Bilmirәm nәyә görә, ancaq içimdә bir ümid qımıldandı ki,
          bәlkә, Ottavioya verәcәyim pulları özümdә saxlamağa nәsә
          bir yol tapacam. Odur ki, razılıq әlamәti olaraq başımı tәrpәdib
          çıxışa yönәldim; tramvay via Volturnon yaxınlığındakı balaca
          vağzal bağının yanında saxlayanda ikimiz dә yerә düşdük.
             Çezare mәni xudmani bir guşәyә çәkib zәvzәmәyә başladı:
             – Sәndә min olmaz ki?
             – Min nә?
             – Min lirә… İki gündür dilimә heç nә dәymәyib.
             – Bravo! – sәsimi ucaltdım. – Quşu gözündәn nişan
          almısan. Mәn elә indicә başımı sındıra-sındıra qalmışdım ki,
          görәsәn, min lirәni hara xәrclәsәm yaxşı olar.
             Onu әlә saldığımı başa düşüb, gileyli tonla dedi:
             – Yaxşı, әgәr borc vermәk istәmirsәnsә, onda, heç olmasa,
          mәnә kömәk elә.
             Bәrayi-ehtiyat soruşdum ki, ona necә, nәylә kömәk edә
          bilәrәm.
             – Bir bura göz yetir.
             Bunu deyib cibindәn nәsә çıxartdı, baxanda gördüm ki,
          ovcunda toz-torpağa bulaşmış, üzәrindә qadın tәsviri olan,
          qızıl suyuna çәkilmiş Roma sikkәsi tutub.

                                                              469
   464   465   466   467   468   469   470   471   472   473   474