Page 470 - alberto moravia_Макет 1
P. 470
Alberto Moravia
– Kömәk elә bu sikkәni sataq… Neçәyә satsaq, pulu yarı
bölәrik.
Bu yerdә, bilmirәm nәyә görәsә, mәni dәli bir gülmәk
tutdu.
– Roma sikkәsi… Roma sikkәsi… Gör nә gündәsәn ki,
Roma sikkәlәrini saxtalaşdırırsan, qәlp sikkәnin umuduna
qalmısan… İşә bax ha… Roma sikkәsi…
“Roma” sözünü nә qәdәr tәkrarlayırdımsa, o qәdәr dә
gülürdüm. Çezare isә sikkәni әlindә tutub mәni qaşqabaqla
süzürdü. Axırda soruşdu:
– De, mәn dә bilim: sәn nәyә gülürsәn?
Cavab vermәzdәn qabaq bir az da güldüm.
– Bilirsәn, belә bir işdәn heç danışmağa dәymәz.
– Niyә ki?
– Ona görә ki, mәnim әzizim, Roma sikkәlәrinin dövrü
çoxdan bitib. Roma sikkәsinin nәmәnә şey olduğunu indi
bәlәkdәki çağalar da bilir…
Çezare sikkәni kirimişcә cibinә qoyub dedi:
– Onda, heç olmasa, borca iki yüz lirә ver.
Bu vaxt mәn tәzәdәn Ottavionu, ona verәcәyim cibimdәki
әlli mini yada saldım. İndi içimdә bu pulun әvәzini çıxmağa,
itkinin yerini doldurmağa nәsә bir ümid yaranmışdı. Belә
baxanda, az qala, hәr gün qәzetlәrdә bu saxta sikkәlәrin
tәlәsinә düşәn adamlar haqqında nә qәdәr yazıya rast gәlirsәn.
Bu işi niyә biz özümüz dә sınaqdan keçirmәyәk?
– Çezare, – dedim, – sәnin halına acıyıram, kömәk elәmәyә
dә hazıram. Amma gәl danışaq: ilişsәn, mәni tanımırsan!
Demәli, belә: mәn – әski sikkәlәr hәvәskarı olan sinyoram.
Mәnim pulum var, baxa bilәrsәn...
Yәqin, içimdәki qürrәlәnmәk hәvәsindәn idi ki, bir dәstә
әsginası cibimdәn çıxarıb şәstlә onun burnunun ucunda
yellәtmәyә başladım.
470