Page 465 - alberto moravia_Макет 1
P. 465
Kötük
– Tәrpәnәk deyirsәn, tәrpәnәk… Amma meylin çәkirsә,
dolama yolla Vika gölündәn keçә bilәrik.
– İnsafın olsun… kәsә yolla gedәk… Mәn Romaya tez
qayıtmalıyam.
Biz tәzәdәn Roma şosesinә çıxdıq. Yolayrıcılarının birindә
qәşәng bir sarışın qız әl elәdi ki, onu da götürәk.
– Saxla, – dedim, – saxla götürәk özümüzlә.
– Dәli olmusan? – Peppino cavab verdi. – Heç qoyaram
maşını bulaşdırsın? Xırda bir ehtiyatsızlıq – budu ha, oturacaq
çirklәnәcәk... İkimiz gedirik dә, nәyi pisdir?!
Heç nә demәdim, amma hiss etdim ki, daha dözülәsi deyil,
hirsim-hikkәm son hәddә çatıb. Xüsusәn dә içdiyim çaxırdan
sonra.
Allahın kömәkliyi ilә, nәhayәt, Romaya gәlib çatdıq.
Peppino danışmağında idi, mәnsә mürgü vururdum. İstәyirdi,
Recina bulvarındakı evimә aparsın mәni, odur ki, maşını
adamların getdikcә çoxaldığı via Veneto ilә sürürdü. Bu vaxt,
necә oldusa, qabağımızda gedәn fransız nömrәli maşın qәfildәn
dayandı, bizimkinin qabaq buferi onun arxa buferinә pәrçimlәndi.
Peppino dәrhal çıxdı, öz maşınını diqqәtlә gözdәn keçirib,
qabaqdakı maşının qapısına yaxınlaşdı: sürücü cavan, nәrmә-
nazik bir qız idi; dırnaqları laklanmış әllәrini sükanın üstünә
qoyub sakitcә oturmuşdu.
– Sinyora, zәhmәt olmasa, sәnәdinizi, maşının nömrәsini,
soyadınızı… – deyә Peppino qeyd dәftәrçәsini vә karandaşı
çıxarıb sözә başladı. – Başa düşün, mәn maşını onunçün
almamışam ki, siz onu yaman günә qoyasınız. Mәnә düz min
lirәlik ziyan vurmusunuz… Әvәzini kim ödәyәcәk? Mәn bu
maşını elә bu gün sәhәr almışam, qәttәzәdir. Sizsә onu pis
günә qoydunuz.
Belә bir hadisә sözlәrә xәsislik etmәmәsi üçün ona yaxşıca
bәhanә vermişdi vә Peppinonun necә çәrәnçi, necә zәhlәtökәn
olduğu indi apaydın görünürdü.
465