Page 462 - alberto moravia_Макет 1
P. 462

Alberto Moravia


                – Danışıq puldan irәlidir… Belә götürәndә, maşının yiyәsi
            mәnәm. Mәn sәnә hәzz yaşada bilәrәm, amma istәmirәm ki,
            bu, bir vәrdişә çevrilsin...  Gәzinti-filan, vәssalam.
                Nәhayәt, mәn sәbrimi cilovlaya bilmәyib dedim:
                – Bilirsәn nә var, Peppino, mәn heç o maşına tüpürmәk dә
            istәmirәm!
                Amma dediyimә tez dә peşman oldum, çünki yazıq çaşıb
            qaldı, üzündә incik ifadә yarandı. Әlini çiynimә vurub dedi:
                – Di yaxşı, dostum, әsәbilәşmә, zarafat üçün dedim...
            Görәrsәn, maşın mәndәn çox sәnә xidmәt edәcәk.
                Bunu deyib üzümә elә qorxa-qorxa baxdı ki, ona hәtta
            yazığım gәldi. Dedim  hesab elә ki, danışıb razılaşmışıq,
            inşallah, maşın gәlәndә Romanın әtrafına qәşәng bir gәzintiyә
            çıxarıq.
                Onda ağlıma gәlmәzdi ki, dilimdәn bәlaya düşәcәm,
            Peppino sözümdәn tutacaq mәni. Amma heç demә, kötüklәrin
            yaddaşı möhkәm olurmuş. Düz dörd aydan sonra sübh tezdәn
            Peppino mәnә zәng etdi:
                – O artıq gәlib!
                – Kim?
                – Әla şeydi! İndi sәnin dalınca gәlәcәm, sәhәr öynәmizi
            Braççanoda yeyәrik.
                – Kim, kim gәlib? Doğrudanmı hәmin qız?
                – Nә qız? Qız nәdi? Maşını deyirәm… Beşcә dәqiqәyә
            sәnin yanındayam... Hazırlaş.
                Hәqiqәtәn dә, birazdan gәlib çıxdı. Benzini az işlәdәn adi,
            balaca maşındı, Romada belәsindәn minlәrlәdir. Peppino
            maşından çıxıb aşağı әyildi, avtomobilin ora-burasına göz
            gәzdirib, özündәnrazı görkәmlә mәnә yaxınlaşdı.
                – Hә, de görüm, necә maldır?
                – Pis maşın deyil, – mәn ağızucu dedim.
                – Sәn bir burasına fikir ver, – o, qolumdan yapışıb mәni
            maşına tәrәf çәkdi vә naqqallığa başladı. On dәqiqәyәcәn
            qulaq asıb, sözünü kәsdim:

             462
   457   458   459   460   461   462   463   464   465   466   467