Page 457 - alberto moravia_Макет 1
P. 457

Mən yox demirəm


          buraxılmış qayıq dalğaların üzәrindә atılıb düşürdü; onun necә
          yanakı çevrildiyini hiss etmәdim. Burası yaxşı yadımdadır ki,
          Adele dә birdәn-birә sıçrayıb yerindәn qalxdı, әllәrini rupor
          kimi ağzına tutub birbaşa sifәtimә qışqırdı:
             – O, sәni atıb!
             Elә bu vaxt şüşә kimi şәffaf bir dalğa – bәyaz yallı
          yamyaşıl dalğalardan әn irisi bir andaca bizi çәnginә alıb,
          qayığın üzәrindәn qabarıb keçdi. Müvazinәtimi saxlaya bilmәyib
          suya uçdum, burulğan mәni dәnizin dibinә çәkib apardı. Amma
          xoşbәxtlikdәn, dalğanın qayığı çevirә bilmәdiyini düşünmәyә
          dә macal tapdım.
             Dәrindә xeyli su udandan sonra birtәhәr dәnizin üzünә
          çıxdım, dalğalarla әllәşә-әllәşә Adeleni haylamağa başladım.
          Әtrafa baxanda gördüm ki, qayıq xeyli aralıdadır, içi dә boş –
          Adele heç yerdә gözә dәymirdi. Neylәdiyimi yaxşı dәrk
          etmәdәn qışqıra-qışqıra tәzәdәn onu sәslәdim, amma dalğalar
          hәr dәfәsindә qayığı mәndәn daha da uzaqlaşdırır, Adeleni
          çağıranda isә su ağzıma dolurdu. Fikirlәşdim ki, qayığa çatmaq
          üçün çalışmağım әbәsdir, onsuz da,  Adele orada yox idi.
          Nәhayәt, bu fikirdәn әl çәkdim, üzә-üzә Adeleni suyun sәthindә
          axtarmağa girişdim. Di gәl, heç yerdә gözә dәymirdi, böyür-
          başımda yalnız sahilә tәlәsәn dalğalar qabarırdı. Gücüm
          getdikcә tükәnirdi; bata bilәcәyimdәn qorxub sahilә istiqamәt
          götürdüm. Sahil hәlә çox uzaqdaydı, amma elә ki ayağımın
          ucu bir balaca torpağa toxundu, dikәlib var sәsimlә kömәyә
          adam çağırmağa başladım. Körpüdәn bir qayığın aralanıb
          mәnә tәrәf üzdüyünü gördüm; mәnsә qayıq gәlib çatanacan
          әtrafa göz gәzdirib Adeleni axtardım. Amma avarları suya
          sallanmış qayıqdan savayı, dәnizdә başqa heç nә görünmürdü.
             Әlacsızlıqdan ağlamağa başladım, ağlaya-ağlaya da elә
          hey pıçıldayırdım:
             – Adele, Adele...
             Eyni zamanda mәnә elә gәlirdi ki, dәnizin sәs-küyü
          arasından onun sözlәrini eşidirәm: “Yox, o, sәni atıb!” Yoxa

                                                              457
   452   453   454   455   456   457   458   459   460   461   462