Page 453 - alberto moravia_Макет 1
P. 453

Mən yox demirəm


          çәnә döymәsi yaxşılıqla qurtarmayacaq, gec-tez bunun bir
          fәsadı çıxasıdır.
             Bunun müqabilindә Adele mәnә nә cavab versә yaxşıdır:
             – Sәn özünә arvad yox, nökәr axtarırsan.
             Bax bütün bu mübahisәlәrin ucbatından biz, necә deyәrlәr,
          hәmişә qanlı-bıçaq idik. Elә ki ağzımı açıb nәsә deyirdim
          (mәsәlәn: “Bu gün hava günәşlidir”), lap burada mübahisәlik
          bir şey olmasa da, fәrq elәmәz, hiss edirdim ki, artıq bәrk
          qıcıqlanıram, gәrginlәşirәm; özümdәn asılı olmadan hazır
          dayanırdım ki, indicә mәnә etiraz edәcәklәr. Üzümü ona
          çevirib baxan kimi, hәqiqәtәn dә, hәmin dәqiqә  Adelenin
          cavabını eşidirdim:
             – Nә danışırsan, Cino! Günәşdәn әsәr-әlamәt yoxdur,
          әksinә, bu gün hava yaman buludludur.
             Onda mәn şlyapamı qapıb evdәn qaçırdım – yoxsa hirsimdәn
          çatlayardım.
             Belә günlәrin birindә via Ripettadan keçәrkәn yolda Culiya
          ilә rastlaşdım;  Adele ilә tanışlıqdan bir az qabaq onunla
          görüşürdüm. O vaxt bu qız mәni çox tez bezdirmişdi, çünki
          yetәrincә sәrbәst deyildi: haqlı olmadığım yüzdә-yüz aydın
          olanda belә, heç bir irad tutmadan hәr şeydә mәnimlә razılaşır,
          nә desәm, qәbul edirdi. İndi isә mәn öz müstәqil fikri olan bir
          qadınla evliliyimdәn mәmnuniyyәt duymalı olduğum bir vaxtda
          Culiyanı, hәr şeydә güzәştә gedәn bu hәlimxasiyyәtli qızı
          tәәssüflә xatırlayır,  Adeleni ondan üstün tutduğumun
          peşmançılığını çәkirdim. İndi Culiya ilә rastlaşmaq mәnә xoş
          gәldi, әn azından, ona görә ki, onun xasiyyәti  Adelenin
          xasiyyәtindәn deyildi. Qız alış-veriş üçün bazara tәlәsirdi,
          mәnsә onu yolundan saxladım. Yalnız bir umacağım vardı: bir
          daha әmin olmaq vә bununla könlümü xoş etmәk ki, bәs
          Culiya yenә әvvәlkitәk mәnimlә sözsüz razılaşır, mәni hәr
          mәsәlәdә haqlı sayır, özünün hәmişәki ipәk xasiyyәtindә qalıb
          vә hәmişәki kimi hәr hansı etiraza cürәti çatmır. Onu sınamaq
          mәqsәdilә soruşdum:


                                                              453
   448   449   450   451   452   453   454   455   456   457   458