Page 455 - alberto moravia_Макет 1
P. 455
Mən yox demirəm
Çimәrlik adamsız idi, heç kәs gözә dәymirdi. Günәş mavi
sәmada gözqamaşdırıcı şәfәqlәr saçırdı. Getdikcә güclәnәn
sәrt külәk әsir, qum göyә sovrulurdu. Dәnizin qırağında
dalğaların rәngi gah ağa, gah maviyә çalır, zәrblә bir-birinә
çırpılıb toqquşurdu. O tәrәfdә, bir az uzaqda isә sular tünd-
göy rәngdә idi, demәk olar ki, qaraya çalırdı. Orada-burada ağ
yunlu qoyun-quzular görsәnirdi.
Bu cür havada Adelenin könlündәn nә keçsә yaxşıdır:
qayıqda üzmәk. Dalğalar coşub-daşsa da, höcәtlәşmәmәk
xәtrinә (istәmirdim, dәnizin güzgü kimi hamar olduğunu
tәsdiqlәyәcәk sözlәrini eşidim) candәrdi gedib qayıq kirayәlәdim,
xahiş etdim ki, onu dәnizә itәlәyib salsınlar.
Mәn çimәrlik geyimindә idim, Adele isә soyunmamışdı.
Mübahisәdәn qaçmaq üçün onu dilә tutmaqdan vaz keçdim,
paltarını dәyişmәsini israr etmәdim.
Qayıqçı qayığı itәlәyib suya saldı, mәn dә avarlardan
yapışıb, var gücümlә onu irәli, çox da iri olmayan dalğaların
üstünә sürdüm. Dayazlığın böyründәn adlayanda sürәti azaltdım,
avarı yavaş-yavaş çәkmәyә başladım. Hәr necә olsa, göz
qoyurdum ki, qayıq dalğanı çәpinә keçsin, yanpörtü getsәydi,
dalğalar onu qoz qabığıtәk aşırardı.
Qayığın burnunda oturan Adele dalğaların ahәnginә uyğun
olaraq gah aşağı enir, gah yuxarı qalxırdı. Görәndә ki elәcә
paltarlı oturub, özüm dә soyunmağı ona mәslәhәt görmәkdәn
çәkinmişәm, birdәn-birә hirs mәni götürdü. Gördüm, dilimi
saxlaya bilmirәm, ürәyimdәn keçir ki, Culiya ilә rastlaşdığımı
ona deyim. Belәcә, avar çәkә-çәkә hamısını danışdım: qızın
xasiyyәtini necә sınamışam, Culiya necә etiraz etmәyib, necә
mәnimlә mübahisәyә çıxmayıb…
Dalğaların üzәrindә atılıb-düşәn qayıqda Adele mәni
axıradәk kirimişcә dinlәyib handan-hana çox sakit sәslә,
arxayın tәrzdә dedi:
– Sәn sәhv edirsәn, hәr şeyin günahkarı qız özüdür… axı
o, sәni atıb.
455