Page 450 - alberto moravia_Макет 1
P. 450
Alberto Moravia
Adelenin cavabı bir az lәngidi, çünki hәmin vaxt qurşağa
qәdәr büründüyü paltarı başından çıxarırdı. Amma paltardan
azad olan kimi, nәfәsini dәrmәyә macal tapmamış bayaqkı
gümrahlıqla etiraz sәsini ucaltdı:
– Yox, Cino, sәn düzgün saymamısan. Küçәdә biz on üç
nәfәr idik, sonra isә Meo çıxıb getdi, qaldıq on iki adam.
Mәn artıq tuman-köynәkdә idim; heç bilmirәm birdәn-
birә niyә әsәbilәşdim.
– On iki hardan olduq? Özü dә Meonun bura nә dәxli var,
ağzımda sәnә söz deyirәm ki, qonaqların hamısını restoranın
içindә saymışam! Bircә-bircә hamını saymışam, başa düşürsәn?!
– Onda, demәli, sayanda kefli olmusan, – Adele paltarını
asmaq üçün dolaba tәrәf yönәldi. – Qәdәrindәn artıq içmisәn,
vәssalam.
– Kimdi qәdәrindәn artıq içәn? Şampanı da saysaq, mәnim
içdiyim vur-tut ikicә qәdәh olub, iki qәdәhdәn çox içmәmişәm.
– Onu bilirәm ki, biz on iki nәfәr idik… Sәnsә bunu
xatırlamırsan, çünki elә indi dә keflisәn, yaddaşın sәni çaşdırır.
– Kimdi kefli? Biz on üç nәfәr idik!
– Mәnsә deyirәm: düppәdüz on iki nәfәr!
– On üç!
– On iki!
Biz artıq otağın ortasında üzbәüz dayanıb höcәtlәşirdik:
mәn tumanda, Adele köynәkcәdә. Özümü saxlaya bilmәyib,
necә oldusa, qәfil onun qolunu burdum, ağzımı qulağına
dirәyib qışqırdım:
– On üç!
Yaxşı ki, ağlım yerinә tez qayıtdı: Adeleni qucaqlayıb
pıçıltıyla dedim:
– Nә dәxli var axı: on üç olsun, ya on iki… di öp mәni…
Adele öpüşdәn yayınmağa cәhd göstәrmәdәn, tәslim olmuş
kimi çarpayıya yıxıldı, amma dodaqlarım dodaqlarına yapışdığı
an pıçıldadı:
450