Page 452 - alberto moravia_Макет 1
P. 452

Alberto Moravia


                Bu, bizim ilk dava-dalaşımız idi, amma ardınca hәlә neçәsi
            dә baş verdi. Adelenin bәd xasiyyәtinin üzә çıxdığı mәqamların
            hamısını sadalamaq mümkün deyil. Bu qadında sanki hәr
            hansı boş şeyin üstündә höcәtlәşmәk mәrәzi vardı. Mәn
            deyәndә ki, filan şeyin rәngi ağdır, gәrәk mütlәq desin: yox,
            ağ deyil, qaradır. Nә illah elәsәn dә, sәhvini boynuna qoya
            bilmәzdin. Heç vaxt arxasını yerә vermir, lap dünya dağılsa
            belә, dediyinin üstündә durub güzәştә getmirdi. Bu barәdә nә
            qәdәr danışsan da, bitib-tükәnәn deyil. Hansını deyәsәn?!
                Misal üçün, bir dәfә iki ayağını bir başmağa dirәyib üzümә
            durdu ki, guya evdә xәrclik üçün pul saxlamamışam. Bütün
            günü dil-boğaza qoymadı, sutkanın iyirmi dörd saatını durmadan
            mübahisә edәndәn sonra pulun yeri birdәn-birә mәlum oldu:
            heç demә, xәrclik ayaqyolunun mәhәccәrindә stәkandakı
            qızılgül kimi öz kefindәdir. Amma bununla mәsәlә bitmәdi,
            әksinә, mübahisә yeni güclә vüsәt aldı: Adele iddia edirdi ki,
            bәs guya pulu ora mәn qoymuşam, mәnsә bunun qeyri-
            mümkünlüyünü isbat edәn dәlil-sübutlar gәtirib deyirdim ki,
            sәn o xarabaya pulu almazdan qabaq yox, mәhz pulu alan
            kimi baş çәkmisәn.
                Bir dәfә dә höcәtliyinә salıb, ağzı köpüklәnә-köpüklәnә
            zorla sübut edirdi ki, bәs üzbәüzdәki barda ofisiant işlәyәn
            Alessandronun dörd uşağı var. Belә deyildi axı, dәqiq bilirdim
            ki, onun uşağı dörd yox, üçdür. Mübahisәmiz bütün hәftә
            boyu uzandı: hәmin vaxt, tәrslikdәn, Alessandro özü burada
            yox idi, harasa getmişdi. Gәlib çıxanda belә mәlum oldu ki,
            bizim mübahisәmiz tәzә-tәzә qızışanda onun üç uşağı varmış,
            indi isә – dörddür. Yәni, aradan ötәn müddәtdә daha bir uşaq
            doğulmuşdu.
                Bunlar hamısı çox sәfeh, mәnasız mübahisәlәr idi. Hәrdәn
            o, haqlı çıxırdı, hәrdәn mәn.  Amma  Adeleni nahaq yerә
            qandırmağa çalışırdım ki, mәsәlә heç dә kimin haqlı, kimin
            haqsız olmasında deyil; onun hәr boş şeyin üstündә bu qәdәr


             452
   447   448   449   450   451   452   453   454   455   456   457