Page 454 - alberto moravia_Макет 1
P. 454

Alberto Moravia


                – Yaxşı, heç olmasa, indi mәni incitdiyinin peşmançılığını
            çәkirsәnmi? Mәnim başqalarından yaxşı olduğumu başa
            düşmüsәnmi? De görüm, axı vaxtında sәn niyә mәnә әrә
            gәlmәk istәmәdin?
                Dediklәrimin başdan-ayağacan yalan olduğunu yaxşı
            bilirdim: Culiyanı mәn özüm atmışdım, bәhanәm dә bu
            olmuşdu ki, onun kimi ifrat dәrәcәdә sözәbaxan qızlar ürәyimcә
            deyil. İndi sadәcә bilmәk istәyirdim ki, görüm nә fikirdәdir,
            cavabı bu dәfә necә olacaq vә bu qurama, bu әdalәtsiz ittihama
            nә münasibәt göstәrәcәk.
                Sözlәrimi eşidәndә yazıq qızın heyrәtdәn gözlәri bәrәldi.
            İlk ağlına gәlәn bu oldu ki, onun mәni yox, mәnim onu incit-
            diyimi dilә gәtirsin, – әslindә, elә bu cür olmuşdu, – desin ki,
            bәs o, mәni yox, mәn onu atmışam. Amma hәr necә olsa,
            xasiyyәt öz sözünü dedi. Ürkәk sәslә:
                – Cino, – pıçıldadı, – yәqin, burada bir anlaşılmazlıq
            olub… Mәn sәni çox sevirdim, elә sevirdim ki…
                Fikir verin: Culiya yalanımı çıxartmadı, bunu mәnә irad
            tutmadı (halbuki  Adele dünyasında belә etmәzdi), әksinә,
            özünә bәraәt qazandırmağa çalışdı vә könlümü xoş etmәk
            üçün güzәştә getdi ki, ola bilsin, günah bir az da özündә olub.
                Vә mәn Adeleyә üstünlük vermәkdә nә boyda sәhv etdiyimi
            düşünüb acı-acı gülümsündüm, qızın yanağını sığallayıb de -
            dim:
                – Yox, Culiya, günah mәnim günahımdır, hamısının baiskarı
            tәk özümәm… Heç bir anlaşılmazlıq-filan olmayıb… Bunu
            isә elә-belә, sәnin nә cavab verәcәyini eşitmәk üçün dedim.
                Sonra әlimi bir dәfә dә yanağına çәkib, yazığı qızarmağa
            mәcbur elәdim vә dönüb getdim. Tini burulanda geri qanrıldım:
            o, çantasını әlindә tutub durduğu sәkidәcә quruyub-qalmışdı;
            çaşqın nәzәrlәrlә arxamca baxırdı.
                Mayın axırları idi. Çimәrlik mövsümünün siftәsini elәmәk
            üçün ertәsi gün Adele ilә mühәrrikli qayıqda Frecenә yollandıq.


             454
   449   450   451   452   453   454   455   456   457   458   459