Page 458 - alberto moravia_Макет 1
P. 458
Alberto Moravia
çıxmış Adelenin sәsi sanki havada ilişib-qalmışdı vә hәlә dә
mәnimlә höcәtlәşirdi.
Sonra qayıqçıların qayığı gәlib çatdı vә biz dәrhal axtarışa
başladıq. Üç saat axtarsaq da, bir şey çıxmadı: Adelenin nә
ölüsü tapıldı, nә dirisi. Ha çalışsaq da, nә hәmin sәhәr, nә dә
sonrakı günlәr onu tapa bilmәdik.
Belәcә, dul qaldım. İl ötdü, axırda özümü cәmlәyib
Culiyagilә getdim. Anası mәni yemәk otağına ötürdü. Qız
içәri girәndә ayağa qalxıb ona dedim:
– Culiya, gәlmişәm sәndәn soruşum ki, mәnә әrә gәlәrsәn?
Yazıq sevindiyindәn bilmәdi neylәsin, özünün ürkәk sәsiylә
pıçıldadı:
– Mәn yox demirәm… amma sәn gәrәk bu barәdә anamla
danışasan.
Qızın dilindәn eşitdiyim bu ilk ifadә mәni әmәlli-başlı
sarsıtdı – o, bizim gәlәcәyimizin öncәgörmәsi ola bilәrdi:
“Mәn yox demirәm”.
Sonradan mәn bu ifadәni dәfәlәrlә xatırladım.
Bir sözlә, biz evlәndik. Әgәr siz mehriban ailә cütlüyü
görmәk istәyirsinizsә, lütfәn bizә tamaşa elәmәyә gәlin. Culiya
hәmin sәhәr mәnә necә cavab vermişdisә, hәmişә dә elәcә
qaldı: “Mәn yox demirәm”.
458