Page 456 - alberto moravia_Макет 1
P. 456

Alberto Moravia


                İri, nataraz dalğadan adlamaq üçün avarı zәrblә suya çırpıb,
            sonra acıqlı-acıqlı soruşdum:
                – Bunu hardan çıxartdın? Kim dedi sәnә? Mәn özüm ona
            demişdim, bir axşam gedib demişdim ki, daha sәni xoşlamıram…
            Hәtta harda dediyim dә yadımdadır… Tibr küçәsindә, sahildә…
                Külәk saçlarını qarışdırsa da, Adele tövrünü pozmadan,
            hiylәgәrlik duyulan sәslә sözünә davam elәdi:
                – Hәmişәki kimi, yenә yaddaşın sәni çaşdırır: sәn yox, o,
            sәni atıb... Bilirdi ki, xasiyyәtin dözülәsi deyil. Düz deyir, elә
            dә var. Düzünü bilmәk istәyirsәnsә, Culiya sәnә әrә getmәyә
            heç hazırlaşmırdı da….
                – Bunu sәnә kim deyib?
                – Culiya özü. Bir neçә gündәn sonra…
                – Yalandı! Culiya belә deyib ki, pәrtliyini üzә vurmasın:
            axı o yazıq heç nәyin yiyәsi olmadı, әli әtәyindәn uzun qaldı…
                – Höcәtliyinә salma, Cino, o, sәni atıb. İnanmırsansa,
            bunu mәnә Culiyanın anası da deyib.
                – Mәnsә sәnә deyirәm ki, yalandı… Mәn özüm onu
            atmışdım.
                – Yox, o, sәni atıb.
                Bilmirәm bu vaxt hansı cin vurdu tәpәmә. Nәyә desәn
            dözәrdim, amma bu daha dözülәsi deyildi. Görünür, burada
            mәnim kişi heysiyyәtim dә qımıldandı.
                Avarları buraxıb, yerimdәn dik qalxdım, qışqıra-qışqıra
            dedim:
                – Yox, mәn onu atmışam, mәn özüm! Vәssalam! Nöqtә.
            Daha höcәtlәşmәk istәmirәm… Yum ağzını! Әgәr bircә söz
            dә eşitsәm, avarı tәpәnә ilişdirәcәm.
                – Hünәrin çatırsa, ilişdir. Bildim niyә hirslәnirsәn. Haqlı
            deyilsәn, ona görә. Çünki özün dә yaxşı bilirsәn ki, o, sәni
            atıb.
                – Yox, mәn atmışam!
                Qayığın tәn ortasında mil dayanmışdım, var gücümlә
            bağıra-bağıra dәnizin sәsini batırmaq istәyirdim.  Avarları

             456
   451   452   453   454   455   456   457   458   459   460   461