Page 459 - alberto moravia_Макет 1
P. 459
KÖTÜK
İndi Peppino mәnimlә küçәdә rastlaşarkәn salamlaşmır,
böyrümdәn yan ötüb keçir, amma vaxt vardı canbir qәlbdәydik.
Onda öz elektrik cihazları mağazasında Peppinonun alveri
şıdırğı gedirdi; әlinin yaxşı gәtirәn vaxtlarıydı. Mәn onun әn
yaxın dostuydum, ona görә yox ki, Peppinonun әli pulla
oynayırdı, yox, biz sadәcә dost idik: tәmәnnasız-filansız
dostlar, vәssalam. Yeri gәlmişkәn, biz hәrbi xidmәti dә birgә
keçmişdik.
Bәstәboy, enlikürәk Peppino yeriyәndә gövdәsini şax
saxlayır, başını dik tutub öz gödәk ayaqlarını yerә bәrk basırdı
– tarım dartılmış dәrisi sanki ütülüydü, amma gülәndә, yaxud
gözünü qıyıb uzaqlara baxarkәn üzündә qocalığın әlamәti
olan saysız-hesabsız qırışlar sezilirdi. Peppinonu hәtta yerli-
dibli tanımayanlar belә onun sifәtindә bu sözlәrin hәkk
olunduğunu asanlıqla görә bilәrdi: mәn kötüyәm. Oxşamaq
da var, oxşamaq da: Peppinonun kötüyә bәnzәmәsi dәhşәt idi.
Yadıma düşür ki, bir dәfә biz üçümüz – mәn, o, bir dә
zarafatcıl bir qız – Frecendәki kedr fızıllığında gәzәrkәn qız,
adәti üzrә, zarafatla barmağını torpağa tuşlayıb:
– Bax ha, gör burada nә qәdәr Peppino var, – demişdi.
Mәn qızın eyhamını göydәcә tutub şaqqanaq çәkmişdim,
bu xalis kötüksә soruşmuşdu:
– Heç nә anlamıram, bununla nә demәk istәyirsәn?
Qız ciddi tövrünü pozmadan:
– Gör burada nә qәdәr kötük var, – demişdi. – Bax ey, hәr
tәrәf başdan-başa Peppinodur, görmürsәn?!
Kötüyә oxşamaqdan başqa, Peppinonun bir qüsuru da
vardı: şöhrәtpәrәstlik. Adәtәn, kötüklәr şöhrәtpәrәstlikdәn
uzaq qaçır, iddiasız, ciddi vә utancaq olurlar; hoqqa çıxartmır,
heç kәsin dә zәhlәsini tökmürlәr. Peppino isә şöhrәtpәrәst idi,
xalis şöhrәtpәrәst. Amma tәk bu olsaydı, dәrd yarıydı.
459