Page 463 - alberto moravia_Макет 1
P. 463
Kötük
– Yeri gәlmişkәn, Peppino… mәn bu gün Braççanoya
gedә bilmәyәcәm… Heç cür alınmır, işim çoxdur.
Onun sifәtinә mәyusluq çökdü.
– Sәn axı söz vermişdin… yaxşı deyil, adam gәrәk sözünә
xilaf çıxmasın.
Bir sözlә, qatran kimi qır-saqqız olub yapışdı. Axırda
tәslim olmaqdan başqa çarәm qalmadı. Daha çox da haldan
düşdüyüm üçün razılaşdım. Amma elә hәmin dәqiqә kefimi
korladı. Yola çıxmazdan qabaq nә desә yaxşıdır:
– Ehmal otur… Bütün ağırlığınla yayxanma, görmürsәn
mәnim oturacağımı silkәlәyirsәn?
Sәbrimi basıb dinmәdim. Belәcә, yola düzәldik. Romadan
çıxıb Kassiya istiqamәtindә getdik. Maşın tәzә olduğundan,
mühәrrik hәlә tam açılmadığından Peppino yavaş sürürdü,
tәxminәn saatda otuz kilometr. Hәr iki әliylә dә sükandan elә
ehmal yapışmışdı ki, elә bil gәlinin belini qucmuşdu. Günәş
yandırıb-yaxır, istidәn, az qala, yolun daşları da çatlayırdı.
Peppino isә sükandan ikiәlli yapışıb, maşının “bәy” tәrifinә
girişmişdi: elә mәni özüylә aparmağınıın sәbәbi dә bu idi.
Tanımayanlar üçün deyim ki, Peppino olduqca yeknәsәq,
özü dә tın-tın sәslә burnunda danışır; nә bәrk, nә yavaş. Onun
sәsi maye şәklindә, saqqızabәnzәr sement mәhlulu kimidir:
axıb süzülә-süzülә dәmir kimi bәrkiyir. Adamın beynini yavaş-
yavaş elә yüklәyir ki, baş dәyirman daşıtәk ağırlaşır, gözlәr
istәr-istәmәz yumulur, yatmaq istәyirsәn. Mәndә dә belә oldu.
Öz tın-tın sәsiylә sürәt qutusu barәdә nәsә boş-boş çәrәnlәyәndә
başım ağırlaşdı, axırda yuxu mәni tutdu. Siqnal sәsindәn,
çığırtı-bağırtıdan oyananda gördüm, maşın şlaqbaumun qarşısında
dayanıb, arxada sıralanmış yük avtomobillәri vә yüngül
maşınların pәncәrәsindәn isә sürücülәrin hirsli, narazı sifәtlәri
çıxmışdı. Peppino öz hәmişәki çürükçülüyü ilә onlara izah
edirdi:
– Mәn yolun sağıyla gedirdim, sadәcә yol dardır.
463